Azərbaycanın tibb tarixində nadir əməliyyat - 12 yaşlı Kənan həyata qaytarıldı- FOTO
Son dövrlərdə ölkə mətbuatında Liv Bona Dea Hospitalda icra olunan çox nadir və mürəkkəb bir əməliyyat geniş ajiotaja səbəb oldu. Liv Bona Dea Hospitalının uşaq cərrahı, mütəxəssis-həkim Nicat Vəliyev və ümumi cərrah, mütəxəssis-həkim Alim Əkbərov 12 yaşlı Kənan Əhmədov üzərində “Whipple” əməliyyatı icra etməklə, ölkəmizin səhiyyə tarixində uğura imza atdılar. Belə ki, azyaşlının mədəaltı vəzi başındakı 7-8 santimetrlik törəmə uğurla çıxarılıb.

Bu nadir əməliyyatdan bir neçə ay sonra Əhmədovlar ailəsi ilə görüşüb, Kənan Əhmədovun səhhəti ilə maraqlandıq.

Kənan Əhmədovun xəstəlik tarixçəsi:

Kənan Əhmədov 2013-cü ildə Rusiyanın Tomsk vilayətində anadan olub. Bir neçə il sonra Əhmədovlar vətənə qayıtmaq qərarına gəliblər və ailə Astara şəhərinə köçüb. Bu illər ərzində Kənanın heç bir sağlamlıq problemi olmayıb. Lakin yayın son günü Kənan yuxudan oyandığı zaman anası İzafə Əhmədovaya mədəsinin üstündə şiş olduğunu deyib. Bir neçə gün ərzində Kənanın mədəsinin sağ hissəsindəki şişin sadəcə köp olduğunu düşünən ana, övladının nadir görülən xəstəlikdən əziyyət çəkdiyini yalnız Lənkəran Şəhər Xəstəxanasında öyrənib. Zəruri müayinələrdən sonra 12 yaşlı Kənanda pankreas törəməsi aşkarlanıb. Ailəyə vaxt itirmədən Kənanı Bakıya aparmaq tövsiyə olunub.

Kənanın atası Araz Əhmədov oğlunun təcili əməliyyat olunması üçün xəstəxana və peşəkar həkim axtarışına çıxıb, yekunda seçimi Liv Bona Dea Hospitalı və uşaq cərrahı, mütəxəssis-həkim Nicat Vəliyev olub. Uşaq müayinə olunduqdan sonra şişin böyük ölçüdə olduğu aşkarlanıb və ailə mövcud risklər barədə məlumatlandırılıb. Mədəaltı vəzi şişlərinin çox riskli əməliyyatla aradan qaldırıldığı, Kənanda isə törəmənin mədəaltı vəzinin başında yerləşdiyi üçün riskin daha da artdığı bildirilib.

Mədəaltı vəzinin başında yerləşən bu şişin götürülməyi yalnızca “Whipple” əməliyyatı ilə mümkün ola bilərdi. Şiş toxuması sərt toxumadan ibarət olduğu üçün onun tam götürülməsi ilə uşaq şişdən qurtulmuş olacaqdı.

Kənanın atası və anası övladlarını N.Vəliyevə etibar ediblər. Pediatrik onkoloji konseyində uşaq onkoloqu, uşaq endokrinoloqu və radioloqlar birlikdə əməliyyat qərarı veriblər. Respublikamızda ilk dəfə olaraq bu əməliyyat yetkin insan üzərində deyil,12 yaşlı uşaq üzərində icra olunub.

Əməliyyat anesteziya ilə birlikdə 7 saatdan çox çəkib və uğurla yekunlaşıb. 8 gün xəstəxanada qaldıqdan sonra Kənan evə yola salınıb. K.Əhmədovun anası İ.Əhmədova azyaşlının səhhəti ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb:

-İzafə xanım, artıq əməliyyatdan 2 ay vaxt keçib. Hazırda Kənan özünü necə hiss edir?

-Çox uğurlu bir əməliyyat oldu. Bütün müayinələrdən keçdikdən sonra sağ-salamat Astaraya qayıtdıq. Bu gün Kənan özünü çox yaxşı hiss edir və normal həyatına qayıdıb. Bir ana kimi mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Artıq ilk kontrol müayinədə də olmuşuq. Kənan hər gün daha da yaxşılaşır.

-Bu xəstəlik uşaqlarda çox nadir hallarda təsadüf edilir. Əsasən 60-70 yaşlı insanlarda rastlanan problemdir. Əməliyyatın risklərini qəbul etmək, razılaşmaq sizin üçün də yəqin ki, asan olmadı...

-Əlbəttə, Kənanın xəstəliyində xəstəxana seçimi, həkim seçimi həlledici ola bilərdi. Bakıda bir neçə xəstəxanada, müxtəlif həkimlərin qəbulunda olduq. Son olaraq qərara aldıq ki, bu əməliyyatı ya Türkiyədə etdirməliyik, ya da Liv Bona Dea Hospitalında peşəkar həkimlərimizə güvənməliyik. Şükür edirəm ki, doğru seçim etmişik və bu gün Kənan sağlamlığına qovuşub.

- Fərqli bir xəstəlik, fərqli bir əməliyyat olduğu üçün ölkəmizdə ajiotaj doğurdu. Hamını düşündürən suallar var. Kənan bir əməliyyatla tam sağaldımı? Kimyaterapiya kursu alacaqmı?

- Xeyr, əməliyyat uğurla keçdiyi üçün Kənan kimyaterapiya kursu almayacaq, normal bir şəkildə həyatına davam edəcək. Şiş tamamilə çıxarıldığı üçün təkrarlanma ehtimalı çox azdır. İnanırıq ki, təkrarlanmayacaq. Xüsusi bir dərman terapiyası və ya pəhriz də təyin olunmayıb. Sadəcə ildə 1-2 dəfə təkrar yoxlanışlara gedəcəyik. Bu gün Kənan bacısı və dostları ilə oynayır, hələlik ev şəraitində olsa da dərsləri ilə məşğul olur, xoşbəxt uşaqlıq yaşayır. Noyabr ayından etibarən artıq məktəbə, sinif yoldaşlarının da yanına qayıdacaq, təhsilinə qaldığı yerdən davam edəcək. Belə bir ağır xəstəlikdən sonra Kənanı ayaq üstdə, sağlam görmək bizi dünyanın xoşbəxti edir.

Uşaq cərrahı, mütəxəssis-həkim Nicat Vəliyev

Əlaqə: (050)247-56-59

https://www.instagram.com/dr.nicatveliyev/
 Azərbaycanın tibb tarixində nadir əməliyyat - 12 yaşlı Kənan həyata qaytarıldı- FOTO
 Azərbaycanın tibb tarixində nadir əməliyyat - 12 yaşlı Kənan həyata qaytarıldı- FOTO
 Azərbaycanın tibb tarixində nadir əməliyyat - 12 yaşlı Kənan həyata qaytarıldı- FOTO

Son xəbərlər

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

İldırım ƏLİŞOĞLU : Arzu,ürək və biz - FOTO

Bazar gününə olan hava proqnozu açıqlanıb

Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn olunacaq - Yenilənib

Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Vahid ÇƏMƏNLİ : Əkbər müəllimin müharibə dəhşətlərini yazmaq həvəsi heç zaman onu tərk etməyib

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31