İstanbulda “3+3”ün iclası keçirildi - Fotolar - Yenilənib

İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair “3+3” platforması çərçivəsində üçüncü görüş keçirilib.

Bu barədə məlumatı Türkiyə XİN öz “X” hesabında paylaşıb.

İclasda Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri iştirak edib.

***

Azərbaycan XİN Ceyhun Bayramovun “3+3” regional məşvərət formatının görüşündə iştirak və çıxışına dair məlumat yayıb.

Bildirilib ki, çıxışda ölkəmizin təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat-kommunikasiyalar, ətraf mühitin mühafizəsi, təbii və texnogen fəlakətlər və s. istiqamətlər üzrə mövcud çağırışların regional əməkdaşlıq imkanlarına çevrilməsinə yönələn baxışı, o cümlədən postmünaqişə dövründə regional sülh və normallaşma prosesi üzrə mövqeyindən ətraflı bəhs olunub:

“Nazir “3+3” formatının görüşünə ev sahibliyinə görə qardaş Türkiyə Respublikasına təşəkkür edib, mövcud çağırışlarla mübarizədə ölkəmizin regional əməkdaşlıq və bu kimi formatlar çərçivəsində məsləhətləşmələrə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri, o cümlədən ziddiyyətli hərbiləşdirmə ilə məşğul olmaqla, geosiyasi eskalasiya və bölücü xətləri regionumuza proyeksiya cəhdlərini artırması fonunda regional fəaliyyət və dialoqun daha da vacib olduğu vurğulanıb.

Mövcud şəraitdə bölgə dövlətlərinin beynəlxalq hüququn prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama əsasında regionumuza sahib çıxmasının, bölgəmizin problemlərinin həll yollarını məhz region çərçivəsində axtarması, regional təhlükəsizliyimizi bölünməz anlayış olaraq qəbul etməsinin əhəmiyyəti qeyd olunub.

Ölkəmizin müstəqilliyinin bərpa olunmasından bəri bölgə dövlətləri ilə qarşılıqlı hörmət, maraqlar balansı və legitim təhlükəsizlik narahatlıqları nəzərə alınmaqla qarşılıqlı faydalı əməkdaşlıq etdiyi, bunun nəticəsində Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəhlizi kimi bir sıra regional, o cümlədən qlobal əhəmiyyətli layihələrin həyata keçirildiyi bildirilib.

Birgə layihələrimizin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi, xüsusilə İran ərazisindən keçərək Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına dair ümidvarlıq ifadə olunub.

Keçmiş münaqişənin yekunlaşması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə regional əməkdaşlıq üçün açılan yeni imkanların fonunda Azərbaycanın Ermənistanla dayanıqlı sülh quruculuğu prosesinin davam etdirilməsi və irəlilədilməsinə dair qətiyyəti bir daha təsdiq olunub.

Sülh prosesinin qarşısında duran maneələrin aradan qaldırılmasının, xüsusilə Ermənistanın təcavüz və işğalının bir daha təkrarlanmayacağı və sülhün daxili siyasi və hüquqi vəziyyətdən asılı olmayacağına zəmanət verən zəruri konstitusiya dəyişikliklərinin vacibliyi vurğulanıb.

Mövcud problemlərin gözardı edilməsi ilə dayanıqlı sülh quruculuğunu təxirə salan “yarımçıq sülh”ün Ermənistan tərəfindən təbliğatının “gizli gündəm”in mövcudluğuna dair sual doğurduğu qeyd olunub”.
İstanbulda “3+3”ün iclası keçirildi - Fotolar - Yenilənib
İstanbulda “3+3”ün iclası keçirildi - Fotolar - Yenilənib

Son xəbərlər

Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm

Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pensiya kapitallarındakı dəyişikliklərlə bağlı rəsmi açıqlama

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq - Bu tarixdən

Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...

Qədim Məhəmmədov vəfat edib

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

MƏKTƏBLİ FORMASI, YOXSA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ MÜNASİBƏT?

DYP sürücülərə müraciət edib

Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb

5 boksçumuz Avropa çempionatının finalına yüksəlib

Ay bərəkallah, bu gözəl niyyətə!..

ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb

Buraxma, heç vaxt..- FOTO

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bu gündən Azərbaycanda ov mövsümü açılıb

Masazırda 4 avtomobil yanıb

Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib

Beyin fəaliyyətini yaxşılaşdıran qidaların - Siyahısı

Zəlzələdən sonra məktəblər bağlandı

Gəncədə yaşayış evində meyit aşkarlanıb

Tramp və Putin arasında telefon danışığı olub: Rusiya ABŞ-a 3 milyon tondan çox dizel yanacağı tədarük edəcək

Özgüdən sonra o da serialdan imtina etdi - FOTO

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

ÜRƏYİMİN SƏSİ

BİR ŞƏHİD ATASININ VƏ ANASININ AĞRISINA ŞAHİDLİK...

GƏNCİN GEYİMİ, MİLLƏTİN GÖRÜNƏN ÜZÜ - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031