Xəbərlər
2.10.2024, 00:44
Barnye Fransanın immiqrasiyaya nəzarət edə bilmədiyini etiraf edib
Fransanın yeni immiqrasiya nəzarəti siyasətinə ehtiyacı var.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə Fransa Baş naziri Mişel Barnye Milli Assambleyada (parlamentin aşağı palatası) proqram çıxışı zamanı bildirib.
“Bizim immiqrasiya nəzarəti siyasətinə ehtiyacımız var. Biz artıq indiki immiqrasiya siyasətini qənaətbəxş şəkildə həyata keçirə bilmirik”, - o deyib.
Baş nazirin sözlərinə görə, istisna hallarda qanunsuz miqrantların saxlanma müddətinin uzadılması lazımdır.
Hökumət başçısı həmçinin qeyd edib ki, Fransa vaxtaşırı öz sərhədlərində nəzarət tətbiq etmək niyyətindədir.
“Fransa Avropa qaydalarına uyğun olaraq dövlət sərhədlərində nəzarəti tətbiq etməyə davam edəcək”, - o deyib və bu yaxınlarda oxşar tədbirlər görən Almaniyanı misal çəkib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay