Dədə Ələsgərin  əzəmətli  heykəlinin ucaldılması tarixi əlamətdar bir hadisədir - FOTO
Dədə Ələsgərin hazırkı paytaxtımız Bakı şəhərinin mərkəzində əzəmətli heykəlinin ucaldılması tarixi, ictimai- siyasi, mədəni və ədəbi proseslərə göstərilən diqqətlə bağlı əlamətdar, habelə möhtəşəm hadisədir.

Dədə Ələsgəri yalnız saz çalıb- oxuyan aşıq kimi təsəvvür edən yoldaşlar bilməlidirlər ki, Ustadın yaradıcılığı həm fəlsəfi , həm mənəvi, həm də dini- irfani baxımdan əvəzolunmaz sənət nümunələrinin cəmindən ibarətdir.
16 şeir janrında 20 şeir nümunəsi yaratmaq indiyədək rast gəlmədiyimiz yaradıcılıq monumentallığıdır, polimentallığı ilə ən yüksək zirvədə dayanır. Heykəlin arxitekturasında mövcud olan bütün bu elementlər maksimum şəkildə ifadə olunmuşdir.
Heykəlin obrazlılığı və qoyulduğu yer də sanki ilahi bir iradə ilə məhz heykəli qoyan OĞULUN öz seçimi ilə təyin olunmuşdur. Şəhərin axın intensivliyi ən çox, gecə işıqlanması maksimum olan yerində, gözəl bir parkda Dədə Ələsgər abidəsinin ucaldılmasının özü xüsusi bir rəmzi mahiyyət daşıyır.

Dədə Ələsgər irfan əhlinin qüdrətli nümayəndələrindən biri olduğuna görə, irfani baxışlar prizmasında dörd yolun birləşdiyi şam və çinar ağaclarının əhatə etdiyi məkanda ucaldılmış abidə Ustadın yaradıcılığını, şəxsiyyətinı, həyat tərzini və yaşam hədəfini ehtiva edən meyarların rəmzi modeli kimi də qəbul edilə bilər.
Dədə Ələsgərin  əzəmətli  heykəlinin ucaldılması tarixi əlamətdar bir hadisədir - FOTO

Xəyalən abidənin ərtafında olan hər şeyin şəkilini silsək, seyri-suluk yolçularının təsəvvüründə Dədə Ələsgər abidəsinin dörd yol qovşağıda görüntüsü Allaha(c.c) tərəf aparan şəriət, təriqət, mərifət və həqiqət yollarını kimi canlanacaqdır. Həmçinin şam ağacları kimi, Dədə Ələsgər yaradıcılığı da daim “ yaşıldır yaşıl!” Ulu Çinarlarsa Dədə Ələsgər şəxsiyyəti və yaradıcılığı ilə məxsusi harmoniya yaradır. Çinarlar daxilindən “yanır”, bəlkə də bitki aləminin qəhri onları bu hala salır. Aşıq Ələsgər ilhamının qəhri də bu oxşarlıqla vəhdət timsalındadır.
Qərbi Azərbaycana və ulu Göyçə mahalına qayıdış arzusunda olan insanların tarixi yurdlarına dönmək əzmlərinin aktuallaşdığı bir dönəmdə Müzəffər Ali baş Komandanın heykəlin açılışında oğlu Heydər Əliyevlə birlikdə iştirak etməsi və bir sıra zəruri tarixi mesajlar göndərməsi sıradan olan məsələ deyil. Burada ortaya qoyulan tarixi və siyasi-ictimai məsələlər hər kəsə yönəlmiş vacib dəlillərdir.
Dəyərli dostlar, bəlkə də kimsə yazdığım müəyyən cümlələrə nağıl fraqmenti kimi baxacaq, amma elə olmadığına tam əminliyimi bildirirəm.
Abidənin ərsəyə gəlməsi üçün gecə- gündüz zəhmət çəkib, tər- tökən müəllifin yaratdığı ən möhtəşəm sənət nümunələrindən biri də uğurlu alındığına görə hörmətli Professor Natiq Əliyevə minnətdarlıq borcumuzu unutmaq istəmirəm!
Bakının müxtəlif yerlərində qoyulmuş abidələrin müəllifi kimi Hörmətli Professorun Dədə Ələsgər heykəlinə çəkdiyiu əvəzsiz zəhmət çox böyük dəyərə malikdir və bir daha dəyərli şəxsinə və arxitekturla bərabər zəhməti keçən hər kəsə təşəkkürlərimizi çatdırmaq istəyirəm!
Dədə Ələsgər boyca iki metrdən hündür, cəngavər- pəhləvan cüssəli olub.
Saz Dədə Qorquddan bu günə qədər xalqımızın qəhrəmanlıq və sədaqət xislətini dartıb gətirən müqəddəs daşıyıcı vasitədir, musiqi alətlərinin piridir, heykəldə təsviri var!
Xalq Qəhrəmanı Qoç Koroğlunun bir əlində qılınc, bir əlində saz şığıyib aslan kimi meydan sulamağının əlamətləri heykəldə var!
Sazın ismət və gerçəklik simvolu olmasının ifadəsi heykəldə var!
Aşıq Ələsgər şəxsiyyətinin Ucalıq (mürşidi) qarşısında başını dik tutmaması onun əxlaqi tərbiyəvi təbiətinin əksidir, hətta (rəqsi səma) sufi- dərviş rituallarının görüntüsü heykəldə var!
Hələ neçə- neçə əlamətlər saya bilərəm vaxtınızı almaq istəmirəm!
Heykəl yol səthindən 79 sm. hündürdə qoyulub. 30 sm. postamenti, üstəgəl 60 sm. alt yapısı, 240 sm. də öz hündürlüyüdür. 4 metrlik abidənu ucaltmaq o qədər də asan iş deyil. Özü də tuncdan tökülmədə saysız- hesasbsız əlavə restavrasiya, dekorasiya və estetik işləmlər ortaya çıxır. Demək ki, çox qüdrətli bir iş görülüb. Alt yapısında Dədə Ələsgərin müxtəlif misra və beytləri orijinal şriftlərlə qeyd olunub. Ustadın həyatının qeyri -adi məqamlarını göstərən təsvirlər təsbit olunub. Sanki bir kitabdır oxunur. Bunlar hamsı dərin ağıl və təfəkkür işidir, dəyərləndilməlidir!
Bu iş üçün çəkdiyi zəhmətə görə Möhtərəm Prezidentimizin Dədə Ələsgərin möhtəşəm heykəlinin qoyulması barədə sərəncamının yerinə yetirilməsi üçün zəhməti keçmiş hər kəsə və şəxsən Professor Natiq Əliyevə bir daha dərin təşəkkürlərimi bildirirəm!
[b]Hörmətlə:[/b]
Həkim,provizor, Tibb üzrə fəlsəfə doktoru,
Qələbə Tibb Mərkəzi MMC-nin direktoru
Hacı Abbas Əli oğlu Bağırov (Göyçəgöl)

Son xəbərlər

Nicat Novruzoğlu : Həsrəti gözəl olsun.. - FOTO

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

BELA ZƏNGİBASARLI : ÜZ TUTUB VƏTƏNƏ QOVUŞAQ GƏRƏK - FOTO

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930