Xəbərlər
29.09.2024, 21:59
Sumqayıtda partlayış baş verdi
Sumqayıt şəhərində yanğınla nəticələnən partlayış baş verib.
Turaztv.az Report-a istinadən məlumat verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Sakinlər binadan təxliyə edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir. Araşdırma aparılır

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay