
Xəbərlər
24.09.2024, 22:18
BELA ZƏNGİBASARLI : DALDIĞIM ZAMAN - FOTO
DALDIĞIM ZAMAN
Vəfalı dostları bir-bir seçirəm,
Yaxşını götürüb, pisdən keçirəm.
Xəyal bağçasından güllər biçirəm,
Özümlə baş-başa qaldığım zaman.
Gözəl bir gül kimi ətir saçıram.
Bir anlıq quş olub, qanad açıram.
Nağıl dünyasına sanki uçuram,
Şirin xəyallara daldığım zaman.
Şeirəm, nəğməyəm, təbi çağlıyam,
Çox şükür həyatda bəxti ağlıyam.
Könlümü xoş edən sözə bağlıyam,
Yara könül verib, aldığım zaman.
Gördüyüm yuxunu xeyrə yozuram,
Pisliyi qəlbimdən silib, pozuram.
Təbim çağlayanda belə yazıram,
Meylimi şeirə saldığım zaman
Yaxşını götürüb, pisdən keçirəm.
Xəyal bağçasından güllər biçirəm,
Özümlə baş-başa qaldığım zaman.
Gözəl bir gül kimi ətir saçıram.
Bir anlıq quş olub, qanad açıram.
Nağıl dünyasına sanki uçuram,
Şirin xəyallara daldığım zaman.
Şeirəm, nəğməyəm, təbi çağlıyam,
Çox şükür həyatda bəxti ağlıyam.
Könlümü xoş edən sözə bağlıyam,
Yara könül verib, aldığım zaman.
Gördüyüm yuxunu xeyrə yozuram,
Pisliyi qəlbimdən silib, pozuram.
Təbim çağlayanda belə yazıram,
Meylimi şeirə saldığım zaman
24.09.2024.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















