Bakıda Tacikistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə tədbir təşkil edilib - FOTOLAR
Sentyabrın 24-də Bakıda Tacikistanın dövlət müstəqilliyinin 33-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. Tacikistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, səfirlər, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir İlxom Abduraxmon Tacikistanın müstəqillik dövründə keçdiyi inkişaf yolundan danışıb. O, müstəqilliyin ən böyük nailiyyəti olan sülhün, suverenliyin və milli birliyin təmin olunmasında tacik xalqının müdrikliyinin və Prezident Emoməli Rəhmonun rolunu xüsusi qeyd edib.

Diplomat Azərbaycan ilə Tacikistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib, əlaqələrin qurulmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini qeyd edib. O, həmçinin münasibətlərin daha da inkişafında hər iki ölkə rəhbərinin xüsusi rolunu vurğulayıb.

Azərbaycan hökuməti adından Tacikistan xalqını təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sülh və əmin-amanlıq arzularını çatdırıb.

O, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini, münasibətlərimizin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. Nazir uğurlu əməkdaşlığın əsasında dövlətlərimizin başçılarının şəxsi dostluq münasibətlərinin, eləcə də ölkələrimizin rəsmilərinin mütəmadi qarşılıqlı səfərlərinin dayandığını söyləyib. Bildirilib ki, həyata keçirilən səfərlər çərçivəsində aparılmış danışıqlar və imzalanmış sazişlər ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir.

S.Babayev ötən il iki ölkə rəhbərinin iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin əhəmiyyətini qeyd edib.

Nazir Azərbaycan-Tacikistan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Bakıda Tacikistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə tədbir təşkil edilib - FOTOLAR
Bakıda Tacikistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə tədbir təşkil edilib - FOTOLAR
Bakıda Tacikistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə tədbir təşkil edilib - FOTOLAR
Bakıda Tacikistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə tədbir təşkil edilib - FOTOLAR
Bakıda Tacikistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə tədbir təşkil edilib - FOTOLAR

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930