Milyonlarla dövriyyəsi olan qanunsuz şəbəkə ifşa olundu - Həbs edilənlər var - Video


DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib.

İdarə sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.

Belə ki, Baş İdarə əməkdaşları ölkənin virtual məkanında qeydə alınan cinayət xarakterli davranışların təhlilini apararkən instaqram sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən ediblər. Araşdırmalarla bu qanunsuz fəaliyyətlə dəstə halında təşkilatlanmış bir qrup şəxsin məşğul olmasına dair ilkin sübutlar əldə edildikdən sonra dəstə ətrafında 3 ay davam edən əhatəli əməliyyat-texniki tədbirlər keçirilib.

Müəyyən edilib ki, dəstəyə başçılıq edən 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə, 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov daxil olmaqla 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər.

Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açıb və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.

“Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər. Qumar oyunlarının şərti olaraq “qurban” adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər. Əməliyyat zamanı aşkar olunan 1 157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Öz kartlarını dəstə üzvlərinə təqdim edən şəxslər isə onların əsl niyyətlərindən xəbərsiz olublar. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2.000.000 manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb.

Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20.000.000 manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib.

Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulması sxemlərindən istifadə etdiyi də məlum olub. Belə ki, bu huquqazidd fəaliyyətdə dəstənin cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb. Onun ofisinə və yaşadığı mənzilə baxış keçirilərkən bir çox maddi sübutlar aşkar olunaraq götürülüb.

Araşdırmalarla dəstənin 3.375.000 manat məbləğində pul vəsaitini kriptovalyuta şəklində xarici ölkələrə göndərdiyi məlum olub.

İstintaq zamanı şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlərlə aldıqları ümumi dəyəri 10.000.000 manat olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, “Mercedes Galenvagen”, “Lexus”, “Range Rover” markalı lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

Faktla bağlı Baş İdarədə Azərbaycan Respublikası CM-in 244-1.3.1 (mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə qumar oyunlarının təşkili), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanılaraq şəbəkəyə başçılıq edən 9 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xarici ölkələrdə gizlənən dəstə üzvlərinin ölkəyə gətirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində isə hüquqi prosedurlar başlanılıb. Dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.

Son xəbərlər

Güllünü öldürən doğma qızına ömürlük həbs verildi

Bu ölkədə 8 bal gücündə zəlzələ oldu

İranlı rejissor Handeni baş rol seçdi

Ana olacağını konsertində açıqlamışdı - Oğlu oldu

61 yaşlı qadın 5 saat plank vəziyyətində dayandı - Rekord qırdı

Bu virus 3700 il əvvəl yaranıbmış - Tarixi əlyazma ARAŞDIRILDI

ÜRƏYİMİN SƏSİ

Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir

Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq dərinləşir

Hicab, namus və kimlik: Görünənlə görünməyən arasında - FOTO

Vətən qızı Brilyant Atəş : Bayatılar - FOTO

Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək

Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq

MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir

Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb

Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan neftinin qiyməti 133 dolları keçib

Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq

Şöbə rəhbəri UEFA-dan təyinat aldı

Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)

“Əzizim, bunu bu gün həll et” - ABŞ səfirinin 100 minlik borc qalmaqalı - Fotolar

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

“Kızılcık şerbeti”ndən ayrıldılar

Kiyevi tərk etməyə çağırdı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031