Azərbaycanda 148 Instagram və Teleqram kanalı bağlandı - SƏBƏB

“Instagram” və “Telegram”-da yeni kiber üsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması təmin edilib.
Son dövrlər müasir texnologiyaların sürətli inkişafı ilə bir sıra cinayətlərin ənənəvi üsullarla deyil, yeni texnoloji vasitələrdən istifadə olunmaqla törədilməsinə rast gəlinir. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən transmilli şəbəkələrin cinayətkar fəaliyyətlərini kiberməkana keçirdiyi müşahidə olunmaqdadır.

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində sosial şəbəkələrdə narkotiklərin satışını həyata keçirən bir sıra səhifələr, qruplar və profillər müəyyən edilib. Qabaqlayıcı tədbirlər nəticəsində xarici ölkələrdən idarə edilən bu tipli 117 “Instagram” səhifəsinin və 31 “Telegram” kanalının bağlanması təmin edilib.

Müəyyən olunub ki, həmin səhifələrin idarəçiləri şəbəkə üzvləri arasında məlumat mübadiləsini artıq gizli kanallar və şifrəli mesajlar göndərməklə həyata keçirirlər. Bu səhifələrə ilkin baxış zamanı hər hansı qeyri-leqal fəaliyyətlə məşğul olunduğuna dair şübhələr yaranmır. 

Həmin aktiv profillərin gizli fəaliyyətinin deşifrə olunması məqsədi ilə Baş İdarənin həyata keçirdiyi sonuncu tədbir zamanı sosial şəbəkə üzərindən narkotiklərin satışını təşkil edən səhifələrin bir neçəsinin adminləri 1986-cı il təvəllüdlü Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin saxlanılıblar.

Onlardan narkotiklərin satışını həyata keçirdikləri sosial şəbəkə hesablarının şifrələri, mobil nömrələr, xeyli sayda bank kartları, mobil telefon və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanıb. Saxlanılan şəxslər narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitini isə kriptovalyuta və digər elektron pul kisələri vasitəsi ilə leqallaşdırıblar.
Aşkar olunan faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Qasımov və M.Akçurin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi valideynlərə müraciət edərərək bildirir ki, uşaqların kibertəhlüksizliyinin təmin olunmasının məsuliyyəti ilk növbədə onların üzərinə düşür. Övladlarınızı internetden təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırın və onları sosial mediada rastlaşa biləcəkləri zorakılıq, kriminal fəaliyyətin təbliğ olunduğu, zərərli kontentlərin reklam edildiyi səhifə və sosial şəbəkə hesabları ilə təmas qurmaqdan çəkindirin.

Son xəbərlər

Şöbə rəhbəri UEFA-dan təyinat aldı

Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)

“Əzizim, bunu bu gün həll et” - ABŞ səfirinin 100 minlik borc qalmaqalı - Fotolar

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

“Kızılcık şerbeti”ndən ayrıldılar

Kiyevi tərk etməyə çağırdı

PÜSTƏ RƏVAN : SEVİM Kİ, SEVİLİM - FOTO

Bu dəfə Mayamidə görüşəcəklər

Araz Ağalarovun gənc xanımı özünə butik açdı

Mayisə Əsədulla qızı : KƏNDDƏ AY İŞIĞINDA - FOTO

İlham Əliyev Putinlə Türkmənistanda ayaqüstü söhbət etdi

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Elvin Mahmudzadə və Samir Məmmədov həbs edildilər

Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 6 il ötür

Murad dünya üçüncüsü oldu

Onurğa probleminin ilkin siqnalları: Valideynlər nəyə diqqət etməlidir?

Sahibə Qafarova Tanzaniyada koordinasiya iclasına sədrlik etdi - FOTOLAR

ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək - Tramp

Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılıb öldü

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Həmişə belə görün, olduğun kimi qal...

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031