Deputat seçilən şəhid anası: Oğlumun qan puluna...
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin dairələr üzrə lider namizədlərini açıqlayıb.

Onların arasında ən çox səs toplayan 34 saylı Şahbuz şəhər seçki dairəsindən namizəd Rüstəmova Gülşad Qəzənfər qızıdır. O, 75,28% səs toplayıb.

Tibbi bacısı işləyən G. Rüstəmova şəhid Emin Sadiqovun anasıdır.

Hərbçimiz 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Turaztv.az Musavat.com-aistinadən Gülşad Rüstəmova ilə müsahibəni təqdim edir:

- Millət vəkili olmaq üçün namizədliyinizi vermək şəxsi təşəbbüsünüz idi?

- Mən yeganə balamı şəhid vermişəm. O bala vətəni, milləti, xalqı, bayrağı üçün canından keçib. Bu gün mən onun yolunu davam etdirmək istəyirəm. Bu xalq üçün nəsə etmək arzum var. Dövlətimizlə xalqımız arasında körpü olacağam. Qazilərimizin, hüququ pozulanların, haqqı pozulanların səsi olacağam. Bu gün şəhid ailəsi olaraq heç nəyə ehtiyacım yoxdur. Bir problem olarsa, bütün qapılar üzümə açılır. Bir xəstənin dərmanlarının içindən “Emin, ruhun şad olsun” yazısı çıxırsa, bu, mənim üçün böyük şeydir. Bu gün maddi olaraq heç nəyə ehtiyacım yoxdur.

- Gülşad xanım, belə bir nəticəni gözləyirdinizmi?

- Niyə gözləməyim... Şəhid anası kimi xalqımın yanındayam. Balama verilən qan pulunu belə kəndim, elim üçün xərcləmişəm, mərasim evi tikdirmişəm. Həyətimə asfalt çəkmək istəyirdilər, icazə vermədim. Dedim, elin məzarlıq yolu düzəldilsin. Artizan vurdurmuşam ki, suyu olmayan kəndlilər istifadə etsin.

Bu səsi elimdən, obamdan yığmışam. Mən tibb bacısıyam. Amma fəhlə də deputat ola bilər.

- Seçicilərinizlə görüşəndə sizdən nə istəyirlər? Hansı ümidləri var?

- Bir rayon və beş kənddən seçicilərim var. Hamısı ilə bir-bir görüşmüşəm. Təbliğata gedəndə açıq dedilər ki, mənə səs verəcəklər. Ona görə də bu nəticəni, hətta daha yüksəyini gözləyirdim. İnşallah dövlət yanımda olacaq və onların ümidlərini doğruldacağam.

Deputatın böyük büdcəsi olmur. Yol çəkmək və ya nəsə etmək üçün şəxsi büdcəm yoxdur. Amma dövlətlə xalqın arasında körpü olacağam. Şəhid anaları da mənə dəstək verirlər.

- Oğlunuz bu gün sizin xalq tərəfindən sevildiyinizi görsəydi, yəqin ki, sevinərdi...

- Oğlum millət, torpaq uğrunda can veribsə, mənim də canım Azərbaycana fəda olsun.

Xatırladaq ki, Emin Sadiqov 1998-ci il iyulun 21-də Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olub. İlk təhsilini 2004-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbində alıb. 2008-2010-cu illərdə Naxçıvan şəhər 7 nömrəli məktəbdə təhsil alıb, daha sonra yenidən Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli məktəbdə təhsilini davam etdirib. 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub və 2015-ci ildə liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib.

2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Atası Rəşadət Arif oğlu Sadiqov 2009-cu ildə vəfat edib.

2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən Emin Sadiqov Qazax rayonuna təyinat alıb və orada ilk peşə fəaliyyətinə başlayıb. 5 oktyabr 2020-ci ildə Füzuliyə yollanıb, döyüşlərdə böyük şücaət göstərib, komandiri şəhid baş leytenant Rauf Əsgərovun yaralandığını görüb ona kömək etmək istərkən 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. 2020-ci il oktyabrın 30-da anadan olduğu Şahbuzkənd qəbiristanlığında dəfn olunub.

Son xəbərlər

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930