Komitə sədri, icra başçısı üçün vaxt daralır - SƏBƏB
Konstitusiya Məhkəməsi Plenumunun fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqlənməsi üzrə iclası martın 5-də keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, nəticələr təsdiqləndikdən sonra yeni seçilmiş deputatların qeydə alınması prosesi başlayır.
Bu proses Seçki Məcəlləsinin 173-cü maddəsi ilə tənzimlənir.

Belə ki, dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir.
Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərdə lider namizəd statusu qazanmış bəzi şəxslər mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçiləridir.

Milli Məclisə deputat seçilənlərdən bir nəfəri mərkəzi icra hakimiyyəti orqanının, digəri isə yerli icra hakimiyyəti orqanının başçısıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 41 saylı Sumqayıt Birinci Seçki Dairəsinin lider namizədidir.

123 saylı Kəlbəcər Seçki Dairəsinin favoriti Aqil Məmmədov isə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısıdır.

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov isə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin lider namizədidir.

2015-ci ilin noyabrında 5-ci çağırış Milli Məclisə seçkilərdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə deputat mandatı qazanan rektorlar vəzifələrindən azad edilmişdi.

Konstitusiyanın 85-ci maddəsinə əsasən, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən şəxslər deputat seçilə bilməzlər.
Əgər hakimiyyətin icraedici və məhkəmə qanadını təmsil edən şəxslər deputatlığa namizədliyini irəli sürürsə və deputat seçilirsə bu zaman vəzifələri ilə vidalaşmalıdırlar.

Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə uyğunlaşmayan vəzifədən azad olunduqları barədə əmrin surətini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edirlər.

Onlar bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini də verməlidirlər.

Həmin namizədlər fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.
Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə MSK onu deputat kimi qeydə alır.

Son xəbərlər

Ərdoğan CHP-ni sərt tənqid edib

Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib

Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var

Sabah 33 dərəcə isti olacaq

Azərbaycanın xarici dövlət borcu azalıb

Baş nazir kimi 62 illik rekordu yenilədi

“Qarabağ”ın rəqiblərinin adları bəlli oldu - “Ferentsvaroş”la qarşılaşacaq

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR

ŞƏRƏFLİ HƏKİM ÖMRÜ VƏ ZƏRİF POEZİYA DÜNYASI: Leyla Bayramovanın işıqlı həyat yolu

MƏMMƏD QƏDİR : Qəbir də yerində, daş da yerində... - FOTO

Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib

Belfastda 18 yaşlı tələbənin öldürülməsi iğtişaşlara səbəb olub

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb

Serenay Sarıkayanın yeni layihəsi məlum oldu

Barı gəlirəmmi yuxularına? - FOTO

Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Qırğızıstanda terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanılıb

“Real”ın baş məşqçisi klubdan ayrıldı

Tramp: ABŞ-ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

Rusiyada azərbaycanlı “qanuni oğru” saxlanıldı

“Renault” kütləvi PUA istehsalına başlayır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930