Xəbərlər
20.08.2024, 01:38
- Bir səfərin təəssüratları - FOTOLAR
- Bir səfərin təəssüratları -
…Adətən səfərdə olarkən heç bir qeyd aparmıram. Yaddaşıma nə yazılırsa, onları sonradan xatırlayıb qələmə almağı daha çox sevirəm. Buna görə də səfərə dəftərsiz, qələmsiz, diktofonsuz və bilgisayarsız çıxıram, bircə əlimdə mobil telefonum olur. Onu da ona görə götürürəm ki, maraqlı hadisələr, təbiət peyjazları, mənzərələri olanda çəkib dostlarla paylaşa bilim. Bu dəfə də elə oldu…
…Ta gənclik illərimdən ömrümün deyərdim ki, çox hissəsi yollarda, mənimçün ayrılmış məkanların gözləmə salonlarında keçib. Səfərlərimlə bağlı saysız-hesabsız xatirəm var. Kağız üzərinə, yaxud bilgisayar yaddaşına köçürmək üçün bir ömür belə yetməz…
Amma bu, mənim həyatımın ən unudulmaz səfərlərindən biri oldu. Daha doğrusu, özündən öncəki bütün səfərlərin təəssüratlarını və xatirələrini kölgədə qoyacaq bir yolçuluq…
…Bu yolçuluq Bakımızın Şamaxinka deyilən ərazisindən başladı. Buraya hamıdan tez mən gəlmişdim, baxmayaraq ki, gecə növbəsində olmuş və cəmi 3 saat yuxu yatmışdım. Tezdən, yəni səhər saat 6-nın yarısından danışdığımız kimi artıq adıçəkilən ərazidəydim. Əməkdar jurnalist Şəmsiyyə Kərimova və öz aramızda yaratdığımız “5 qardaş” Ədəbi Birliyinin qadın üzvü, “qardaş” deyə çağırdığımız jurnalist həmkarımız Təranə Cəbiyeva ilə yol yoldaşı olacaqdım. Təranə xanımla dəfələrlə səfərlərdə olmuş, bir-birimizin xeyir-şər məclislərində iştirak etmişik. Amma Şəmsiyyə xanımla ilk dəfəydi ki, Bakıdan səfərə yola düşürdük. Ona görə yolboyu aylardan bəri üzərimə yüklənmiş neqativ enerjini günəşli, təmiz rayon havası ilə təmizləmək qərarına gəldim.
Mən Şamaxinkada olanda həmyerlim Sərraf Əliyev bildirdi ki, Basqal qəsəbəsinə sərnişinləri var, amma bizim başqa bir qəbələli sürücü yoldaşı ilə getməyimizə vasitəçi ola bilər. Həmin sürücünün avtomobilinə doğru addımladıqca, yoldaşlarımın gəlməsini göz önünə gətirir, bu maşını bəyənib-bəyənməyəcəklərini düşünürdüm…
Onlarla bağlı düşüncələrimi geridə buraxıb …Bakının sərin, bir az da küləkli havasını siqaret tüstüsü kimi qol-boyun edib ciyərlərimə çəkirəm. Şərtləşdiyimiz məkanın ətrafını dolaşıram, yoldaşlarıma sərinləşdirici içki almaq üçün mağazaya getmək istəyirəm, amma mağaza qapılarını hələ açmamışdı. Əvvəlcə Təranə xanım, ardınc 20 dəqiqə sonra Şəmsiyyə xanım gəldi.
…Beləcə maışna oturub yola düzəlirik. 3 saat yarım ötüb keçir və paytaxtın tıxaclarından birtəhər qurtulub Qobustan, Şamaxı, İsmayıllı rayonlarını bir-bir adlayıb Qəbələyə yaxınlaşırıq. Qəbələnin girəcəyindəki yolda “Qəbələnin səsi” Yazarları Ədəbi Birliyinin sədri Şəhla Xəlilqızı telefonla zəng edib harada olmağımızla maraqlanır. Biz artıq Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun xatirəsinə “Qəbələnin səsi” Yazarları Ədəbi Birliyinin və “5 qardaş” Ədəbi Birliyinin birgə təşkilatçılığı ilə “Səngər generalı” adlı tədbirin keçiriləcəyi məkana – “Çay bağı” istirahət mərkəzinə yaxınlaşdığımızı bildiririk. Sürücü başımızı söhbətə qatdığından Şəhla xanımla sözləşdiyimiz kimi general Polad Həşimovun göz açdığı Vəndamı nə vaxt ötüb keçdiyimizdən xəbərimiz olmur. Ona görə Şəhla xanıma tədbirin birinci hissəsini başlamaqlarını xahiş edirəm.
Və, nəhayət, 12-yə 10 dəqiqə işləmiş qəbələli ziyarətçilər artıq “Çay bağı”ndadırlar. Məclis insanların bir-bir gəlişi ilə canlanır. Tədbiri “5 qardaş” Ədəbi Birliyinin ən fəal üzvü Bəhruz Məmmədov açıb giriş sözü söyləyir, bu tədbirin əsas məramını açıqlayır. Bildirir ki, dünyaşöhrətli rəssam Hüseyn Mirtəqəvinin əsərlərindən ibarət sərgi bu dəfə general-mayor Polad Həşimovun xatirəsinə həsr edilib. Sonra danışmaq üçün sözü Qəbələnin tanlnmış ağsaqqalı, ziyalısı Fərman müəllimə verir. O, sərgiöncəsi buradakı əsərlərlə tanış olduğunu, çox məmnun qaldığını və buna görə əsərlərin müəllifi Hüseyn Mirtəqəviyə sonsuz təşəkkürünü bildirir. Tədbirin səbəbkarı H.Mirtəqəvi Polad Həşimova həsr etdiyi əsəri sərgiləyir, 44 günlük müharibədən əvvəl özünün gördüklərini, ağıllı düşüncələrini bu portret işində həkk etdirdiyini dilə gətirir, tamaşaçıya qaranlıq qalmış məqamları açıqlayır. Həmin əsəri elə bu anlarda Sumqayıtdan tədbirə təşrif gətirmiş Polad Həşimovun qardaşı İlham Həşimova hədiyyə edir. Çıxış edənlər söz alıb danışdıqca məclisin ovqatı daha da dəyişir, hər kəsin çöhrəsində kədərqarışıq təbəssüm də sezilir. Şəhid ailələri indiyədək onlara göstərilən diqqət və qayğını xüsusi qeyd edir, Qəbələdə fəaliyyət göstərən bu birliyin hər bir üzvünə minnətdarlıq dolu hisslərini bildirirlər…
Burada tədbirimizi yekunlaşdırmaq istəməsək də, qəbələli dostlardan ayrılmalı oluruq. Çünki biz İsmayıllının Buynuz kəndində 89 saylı İsmayıllı Seçki Dairəsindən Milli Məclisin deputatlığına namizədliyi irəli sürülmüş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, sevimli dostumuz Novruz Aslanovun seçicilərlə keçiriləcək tədbirində iştirak etməyə tələsirdik. Dostlarla görüşüb sağollaşır və maşına oturub İsmayıllıya yol alırıq…
Bəhruzun çağırdığı avtomobil bizi çox gözləmir, oturub İsmayıllıya tələsirik. Buynuzun girəcəyində Bəhruz Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İsmayıllı bölməsinin sədri Tofiq müəllimlə telefonla danışır, Novruz müəllimgilin hələ kəndə gəlmədiklərini öyrəndikdə dədə Musa Yaqubun uyuduğu qəbiristanlığın önündə maşını saxlatdırır. Qəbiristanlığa girib fatihə verir və onları gözləyirik. Elə bu dəmdə Əməkdar mədəniyyət və incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli Baba Vəziroğlu da Novruz müəllimin vəkili kimi onları qarşılamaq üçün bura gəlir. Nəhayət, onlar da gəlib qəbiristanlığa daxil olurlar. Fatihə verib dualar oxuduqdan sonra bir-birimizlə səmimi görüş olur. Sonra Musa müəllimin qəbirüstü məzarının yaxınlığında dayanırıq. Burada da Musa Yaqubun xatirəsini yad etmək üçün fatihə verilir, dualar oxunur, xatirə şəkilləri çəkilir. Ziyarətdən sonra Novruz müəllim hər birimizlə fərdi görüşür, hal-əhval tutur.
Maşınlara oturub tədbirin keçiriləcəyi məkana yollanırıq. Seçicilər Novruz müəllimi səbirsizliklə gözləyirdilər. Deputatlığa namizəd Novruz Aslanov giriş sözü söyləyir, seçicilərlə tam səmimi, dost kimi söhbət edir, özünün məramlarını açıqlayır. O, həmçinin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində fəal iştirakından, ölkəmizin quruculuq işlərində onun da verdiyi töhfələrdən, eləcə də Milli Məclisdə qanunların qəbul edilməsi, icra, onun həllini tapa bilməməsindən söz açır. Bu işin kənd bələdiyyəsinin himayəsində olduğunu bildirən Novruz müəllim öz növbəsində öz köməkliyini də göstərəcəyini vurğulayır. Sakinlərdən biri kəndin yuxarısındakı bəndin də yayarsız halda olduğunu və bunun faciələrlə nəticələnəcəyini xüsusi həyəcanla dilə gətirir. Novruz müəllim bu işdə onlara yardımçı olacağını bildirir. İlk dəfə idi ki, belə səmimi, mübahisəsiz görüşün şahidi olurdum. Bunun isə əsas səbəbkarı Novruz Aslanov idi. Ürəyimdə ona təşəkkür edirdim…
Novruz müəllim burada camaatla xudahafizləşib seçicilərlə növbəti görüşə tələsir. Yol qonşuluqdakı Çəmənli kəndinədir… Novruz müəllimlə getmək istədiyimizi bildirdikdə o, razı olmur, - yorğunsunuz, gedin dincəlin, - deyib Çəmənliyə yola düşür.
Biz isə 4 yoldaş Buynuzda qalıb kəndlə yaxından tanış olmaq qərarına gəlirik. Kəndin ortasından keçən yolla üzü yuxarı qalxırıq. Bəhruz bu kəndin övladı kimi bizə Buynuzun şərəfli tarixindən, öncül mədəniyyətindən, tanınmış ziyalılarından danışır. Şəmsiyyə xanımla Təranə xanım Azərbaycanın hər bir guşəsini çox sevdiklərini və bunu öz yazılarında daim qeyd etdiklərini deyirlər.
Bəhruzun yorğunluğunu gözlərindən hiss edirik. Səhər lap tezdən Qəbələdəki tədbirə qatıldığı və Hüseyn müəllimin əsərlərini sərgidə yerləşdirmək üçün xüsusi ssenari hazırladığı, hətta ora daşınan əşyalara güc verdiyi və tədbirə gələn qonaqları qarşılamaq məqsədilə hər dəfə çölə çıxmaq zorunda qalan Bəhruzun yorğunluğunu unutdurmaq üçün Şəmsiyyə xanım maraqlı hadisələr danışır. Əslində bu xanımın məqsədi həm də 3 saat yarımlıq bir müddəti xatırlatmaq və bu gözləntini xoş bir təəssürata çevirmək idi: “Şəkidən Bakıya da 3 manat, Bakıdan Bakıya da?» sözlərini deyər-deməz oturduğumuz məkanı qəhqəhə bürüyür və təbii ki, lətifənin əlavəsi də Bəhruzdan gəlir: “Bakıdan Qəbələyə də 3 saat yarım, Qəbələdən Buynuza da?”
…Buradakı “Soyuq bulaq” adlı istirahət mərkəzində günorta naharı edib aclığımızı aradan qaldırırq. Çay içib sonrakı tədbirlərimizi açıqlayırıq. Təranə xanım bacısı nəvəsinin ad günü olduğunu, bizi rayon mərkəzinə yaxın istirahət guşələrindən birinə dəvət etdiklərini nəzərimizə çatdırır. Bəhruzla mən yorğun olduğumuz üçün bir az dincəlmək istəyir və Bəhruzun evinə gedəcəyimizi bildiririk. Bəhuz qonşularından birini - Vüsalı çağırır və onları deyilən məkana aparmağı xahiş edir. Biz onlardan ayrılıb Bəhruzgilə gedirik. Bir az dincimizi aldıqdan sonra Bəhruz bacısı nəvəsinin ad günü olduğundan xəbər tutur və onlara getməyimizi təklif edir. Yekdil qərar əsasında onlara yollanırıq.
Bu geniş, yaraşıqlı, meyvəli həyətdə bir az oturmuşduq ki, Təranə xanımdan telefon zəngi gəlir. Danışanda məlum oldu ki, Tofiq müəllim bizi axşam naharına dəvət edir. Telefonu Bəhruza verdim ki, o da bilsin. Nə qədər təkid etsək də, Təranə xanım dedi ki, Tofiqə Novruz müəllim tapşırıb, getməsək, bizdən inciyəcəklər. Nəsə, burada da yekdilliklə getməyə qərar veririk. Məkan İvanovka kəndindəki “Göl” istirahət mərkəzi idi. Burada axşam yeməyi vaxtı Tofiq müəllimi yaxından tanımaq bizə müyəssər olur. Sonda kəklikotulu bir çay içib dağılışırıq…
Və sonda. Bizi iki günlük səfər boyu öz şəxsi maşınında gəzdirən Vüsal Mahmudova da bir təşəkkür borcumuzu bildirmək istəyirəm. Öyrənirik ki, ixtisasca hərbi müəllimdir, Buynuzda orta məktəbdə dərs deyir, şagirdlərə vətənpərvərlik hisslərini aşılayır, Vətənə, torpağa, xalqa, dövlətə məhəbbət ruhunda bilgilər verir. Eyni zamanda bu aylarda şəxsi təsərrüfatında mövsümi işlərlə məşğul olur, idarə etdiyi maşını ilə lazım gələndə belə xeyirxah missiyaları yerinə yetirir. Deyir ki, həm özü mənən dincəlir, həm də qonaqlarına sevinc bəxş edir. Onu da söyləyir ki, kənddə iş var, kim istəsə qazana, ailəsinə çörək pulu apara bilər. Sadəcə, camaat tənbəldir, özünü işə vermək, çətinliyə salmaq istəmir. Bizimlə maraqlı dialoqlar quran, ağıllı söhbətləri ilə rəğbətimizi qazanan Vüsal bax ikigünlük səfərimiz boyu belə yaddaşımızda qaldı: vətənpərvər, işgüzar, zəhmətkeş, fədakar kəndli kimi!
Bir səfər də belə başa çatır.. Təbliğat-təşviqat seçki kampaniyası isə yolumuz kimi davam edir…
P.S. Səfər boyu yol, məslək və əqidə yoldaşlarımın Azərbaycana, Vətənə, doğma yurda olan sevgilərini hər an hiss elədim. Azərbaycanımızın, Türk dünyasının mənəvi bütövlüyü üçün ən çətin şərtlər çərçivəsində belə mücadilə aparan bu insanların daxilini, mənəvi aləmlərini sözlə ifadə etmək mümkünsüzdür…
Yolçu Daşdəmir ƏJDƏROĞLU
ÜÇ RAYONDAN KEÇƏN YOL…

BAKIDAN QƏBƏLƏYƏ 3 SAAT YARIM, QƏBƏLƏDƏN İSMAYILLININ BUYNUZ KƏNDİNƏ DƏ …

…QƏBƏLƏDƏ BOLT XİDMƏTİ DƏ VAR İMİŞ, SƏN DEMƏ…

“SOYUQ BULAQ”DAN “GÖL”Ə…
…Buradakı “Soyuq bulaq” adlı istirahət mərkəzində günorta naharı edib aclığımızı aradan qaldırırq. Çay içib sonrakı tədbirlərimizi açıqlayırıq. Təranə xanım bacısı nəvəsinin ad günü olduğunu, bizi rayon mərkəzinə yaxın istirahət guşələrindən birinə dəvət etdiklərini nəzərimizə çatdırır. Bəhruzla mən yorğun olduğumuz üçün bir az dincəlmək istəyir və Bəhruzun evinə gedəcəyimizi bildiririk. Bəhuz qonşularından birini - Vüsalı çağırır və onları deyilən məkana aparmağı xahiş edir. Biz onlardan ayrılıb Bəhruzgilə gedirik. Bir az dincimizi aldıqdan sonra Bəhruz bacısı nəvəsinin ad günü olduğundan xəbər tutur və onlara getməyimizi təklif edir. Yekdil qərar əsasında onlara yollanırıq.
Bu geniş, yaraşıqlı, meyvəli həyətdə bir az oturmuşduq ki, Təranə xanımdan telefon zəngi gəlir. Danışanda məlum oldu ki, Tofiq müəllim bizi axşam naharına dəvət edir. Telefonu Bəhruza verdim ki, o da bilsin. Nə qədər təkid etsək də, Təranə xanım dedi ki, Tofiqə Novruz müəllim tapşırıb, getməsək, bizdən inciyəcəklər. Nəsə, burada da yekdilliklə getməyə qərar veririk. Məkan İvanovka kəndindəki “Göl” istirahət mərkəzi idi. Burada axşam yeməyi vaxtı Tofiq müəllimi yaxından tanımaq bizə müyəssər olur. Sonda kəklikotulu bir çay içib dağılışırıq…
YOLUMUZ DAVAM EDİR…
Və sonda. Bizi iki günlük səfər boyu öz şəxsi maşınında gəzdirən Vüsal Mahmudova da bir təşəkkür borcumuzu bildirmək istəyirəm. Öyrənirik ki, ixtisasca hərbi müəllimdir, Buynuzda orta məktəbdə dərs deyir, şagirdlərə vətənpərvərlik hisslərini aşılayır, Vətənə, torpağa, xalqa, dövlətə məhəbbət ruhunda bilgilər verir. Eyni zamanda bu aylarda şəxsi təsərrüfatında mövsümi işlərlə məşğul olur, idarə etdiyi maşını ilə lazım gələndə belə xeyirxah missiyaları yerinə yetirir. Deyir ki, həm özü mənən dincəlir, həm də qonaqlarına sevinc bəxş edir. Onu da söyləyir ki, kənddə iş var, kim istəsə qazana, ailəsinə çörək pulu apara bilər. Sadəcə, camaat tənbəldir, özünü işə vermək, çətinliyə salmaq istəmir. Bizimlə maraqlı dialoqlar quran, ağıllı söhbətləri ilə rəğbətimizi qazanan Vüsal bax ikigünlük səfərimiz boyu belə yaddaşımızda qaldı: vətənpərvər, işgüzar, zəhmətkeş, fədakar kəndli kimi!
Bir səfər də belə başa çatır.. Təbliğat-təşviqat seçki kampaniyası isə yolumuz kimi davam edir…
P.S. Səfər boyu yol, məslək və əqidə yoldaşlarımın Azərbaycana, Vətənə, doğma yurda olan sevgilərini hər an hiss elədim. Azərbaycanımızın, Türk dünyasının mənəvi bütövlüyü üçün ən çətin şərtlər çərçivəsində belə mücadilə aparan bu insanların daxilini, mənəvi aləmlərini sözlə ifadə etmək mümkünsüzdür…
Yolçu Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay