Bakıda qızıl medal qazanan yunan atıcı: Bu şəhəri çox sevirəm
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatı emosiya, təəssürat və qələbələri ilə davam edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün kişilər arasında dairəvi stend atıcılığı növündə yarışlar keçirilib. Yunanıstan təmsilçisi Eftimios Mitas bu kateqoriyada qalib olub. O, mükafatlandırma mərasimindən sonra jurnalistlərə müsahibə verib.

Təəssüratlarınız necədir? Güclü rəqiblərinizin olduğu yarışda qızıl medal nə dərəcədə gözlənilməz oldu?

- Dünya kubokunda 2 medalım var idi. Bu çempionatın mənim üçün necə keçəcəyi ilə bağlı həyəcan keçirirdim. İlk növbədə, komandama təşəkkür edirəm. Onların dəstəyi mənim üçün çox vacib idi. Rəqiblərim çox güclü idilər. Bununla belə, inanırdım ki, qızıl medal qazanacağam. Budur, indi boynumda medallarım var. Buna görə çox sevincliyəm.

Yarışın gedişində bəzən küləklə mübarizə aparırdınız. Bu sarıdan problem yaşadınız?

- Külək çox güclü olmadı. Bilirik ki, Bakı küləklər şəhəridir. Buna görə yarışa çox ciddi hazırlaşmışdıq. Daha güclü əsən külək şəraitində məşq etmişik. Ona görə bu dəfə çətinlik olmadı.

Bu qələbəni futbol və basketbol oyunçuları kimi qeyd etdiniz. Üslubunuz belədir?

- Bizim idman növü bir az mürəkkəbdir. Ola bilər ki, siz nəyisə qeyd edərsiniz, amma növbəti dəfə hədəfi vurmaya bilərsiniz. Ona görə də hər dəfə sevinmək olmur. Sonuncu atışdan sonra fikirləşdim ki, qeyd etmək yerinə düşər.

Siz son dünya və üçqat olimpiya çempionuna qalib gəldiniz...

- Həqiqətən çox çətin final oldu. Bütün rəqiblərimə hörmət edirəm. Amma başa düşürdüm ki, bu, mənim şansımdır. Ona görə, sadəcə, yarışa kökləndim və ancaq qələbəni düşündüm. Final üçün çox çalışdım. Nəticə hər şey yaxşı oldu.

Yunanıstan son vaxtlar atıcılıq idman növündə yaxşı nailiyyətlər əldə edir. Sizin peşəkar idmançılarınız var. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu, məni çox sevindirir. Biz dünya çempionatında gələn il keçiriləcək Olimpiya Oyunlarına da lisenziya qazandıq. Qeyd edim ki, bu, mənim ilk qızıl medalımdır.

Azərbaycan və turnirdə yaradılmış şəraitlə bağlı düşüncələriniz necədir?

- İlk dəfə 2015-ci ildə Avropa Oyunları zamanı burada olmuşam. Bakı həmin vaxtdan mənim üçün doğmadır. Şəhəri çox sevirəm. Burada çoxlu dostlarım var. Özümü paytaxtınızda çox rahat hiss edirəm. Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərovla da yaxşı münasibətlərim var. Burada heç bir problemlə üzləşməmişik. Hər şey çox yaxşıdır.

Son xəbərlər

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

İrana zərbələr bu səbəbdən dayandırılıb

Şərafət Şəfa : Eşqin üzü dönüb, di əlini üz.. - FOTO

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan güləşçilərinin ilk rəqibləri məlum olub

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

“Həkim dedi ki, sənə sistem vuracağıq, içində nə olduğunu bilmirdim”

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto

Emin ayrılmış valideynləri ilə bir arada - FOTOLAR

Araz Ağalarov gənc xanımı ilə "DreamFest”də

“Çılgın Bediş” 25 il sonra qayıdır

Elm, fantastika, şəxsi həyat...

İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır

Müxalifətin hakimiyyətə gəlməməsi üçün ölkədə prezident seçkilərini ləğv etdi

Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq

Bu nişanlı cütlüyü 189 ölkədə axtarırlar

Ağstafada qəza oldu - Ölən və yaralanan var

Elbrusda son beş gündə 7 nəfər öldü

Daha bir ölkənin nüvə silahı əldə etməsinə qarşıdırlar

Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031