Arzu Yaqub qızı: Tanrı məhəbbətisən - FOTO
Tanrı məhəbbətisən

Ya sevincsən , ya kədər,
Unutmaq deyil asan.
Deyilməyən söz daşır,
Kəlməsiz dodağından

Gülüşündəki sirri
Kimsə baxıb duyacaq.
Gözlərinin rəsmini
Ürəyinə qoyacaq.

Qarışır küləklərə,
Saçlarının ahəngi.
Kimsə bilməz necədir,
Sənin sevginin rəngi.

Yağış yağır bəlkə də,
İsladır tellərini.
Əldə qələm oxşayır
O zərif əllərini.

Hey gəzib dolanırsan
Xəyalının bağında.
Könlün məskən salıbdır,
Qürurunun dağında.

Gözəlliyində bir sirr,
Günahın , savabın nə?
O hansı bəxtəvər ki
Layiq olacaq sənə?...

Çox ürəklər odlanıb
Yanacaqdır yolunda.
Arzuların sağında,
Ümidlərin solunda.

Arzun güldür , çiçəkdir,
Ürəyinin əlində
Eh, sənlə danışıram ,
Mən də şeir dilində

Qar altdan bir bənövşə,
Qaldıracaq başını.
Gün gələcək sevincin
Sevəcək göz yaşını.

Bəlkə də bir rəssamsan,
Bəlkə də bir bəstəkar.
O şeir ürəyinin
Gözəl misraları var.

Kiminsə sevgisisən,
Kiminsə hikmətisən.
Ay Tanrıdan küsənim,
Tanrı məhəbbətisən.

Arzu Yaqub qızı: Tanrı məhəbbətisən - FOTO

Son xəbərlər

Şöbə rəhbəri UEFA-dan təyinat aldı

Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)

“Əzizim, bunu bu gün həll et” - ABŞ səfirinin 100 minlik borc qalmaqalı - Fotolar

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

“Kızılcık şerbeti”ndən ayrıldılar

Kiyevi tərk etməyə çağırdı

PÜSTƏ RƏVAN : SEVİM Kİ, SEVİLİM - FOTO

Bu dəfə Mayamidə görüşəcəklər

Araz Ağalarovun gənc xanımı özünə butik açdı

Mayisə Əsədulla qızı : KƏNDDƏ AY İŞIĞINDA - FOTO

İlham Əliyev Putinlə Türkmənistanda ayaqüstü söhbət etdi

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Elvin Mahmudzadə və Samir Məmmədov həbs edildilər

Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 6 il ötür

Murad dünya üçüncüsü oldu

Onurğa probleminin ilkin siqnalları: Valideynlər nəyə diqqət etməlidir?

Sahibə Qafarova Tanzaniyada koordinasiya iclasına sədrlik etdi - FOTOLAR

ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək - Tramp

Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılıb öldü

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Həmişə belə görün, olduğun kimi qal...

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031