Almaniyada Ümumavropa Qarabağ mitinqi keçirilib (FOTO)
Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə bu gün saat 13:00-da Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.

Trend-in məlunatına görə, aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıb.

Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları "Qarabağ Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər.

Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb ediblər.

Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb.

Mitinqdə min nəfərdən çox soydaşımız iştirak edib. Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənədin qəbulu və bir sıra beynəlxalq təşkilatlara ünvanlanıb.

Almaniyada Ümumavropa Qarabağ mitinqi keçirilib (FOTO)
Almaniyada Ümumavropa Qarabağ mitinqi keçirilib (FOTO)
Almaniyada Ümumavropa Qarabağ mitinqi keçirilib (FOTO)

Son xəbərlər

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

SEPAH ABŞ və İsrailə məxsus gəmini vurduğunu açıqlayıb

Tanınmış cərrah 44 yaşda vəfat etdi — FOTO

5 yaşlı uşaq su anbarına düşüb öldü

Millimiz AÇ-nin 1/4 finalında

101 yaşı var, hələ də maşın sürüb sevgi romanları oxuyur

Tramp İranla danışıqların uzanmasından narazıdır

Astara kəndlərində işığın verilməsində fasilə olacaq

Tramp Ankaraya gedəcək

Yunanıstan millisinin keçmiş müdafiəçisi vəfat etdi

40 yaşlı Luka Modriç Xorvatiyanın dünya çempionatı heyətinə daxil edilib

Rusiya Ermənistandan meyvə və üzüm idxalına məhdudiyyət qoyur

“Hizbullah” İsraillə atəşkəsi təsdiqlədi

Media: Aİ üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılmasına razılıq verib

Türkiyə millisi Şimali Makedoniyanı darmadağın etdi

Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq

"Kuruluş Osman"ın aktyoru yeni serialda

"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO

Mövqesiz insanlar , izsiz yaşayanlardır.

Gələn mövsüm onu “Kızılcık Şerbeti”ndə görməyəcəyik

Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar

Cəlilabadda milli-ədəbi layihə

AYNUR ZEYNALLI İNSANLARIN QƏLBİNDƏ TAXT QURUB - FOTOLAR

Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul ediləcək

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə qəbul başlayıb

Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930