Azərbaycanda niyə detektiv yoxdur?
Azərbaycanda özəl detektiv fəaliyyətini tənzimləyən qanunun qəbuluna hələlik ehtiyac yoxdur.

Bu barədə Oxu.Az-a danışan keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev deyib ki, beynəlxalq konvensiyalarda müstəqil detektivlərlə bağlı qanunun qəbul olunması haqqında bir göstəriş mövcud deyil.

M.Hacıyev qeyd edib ki, Azərbaycanda mütləq qaydada özəl detektivlərlə bağlı qanunun qəbulunun vacibliyini demək düzgün deyil.

Ekspert dünya təcrübəsinə də diqqət çəkib. O bildirib ki, Finlandiya, Norveç, Almaniya, Fransa, İspaniya, İngiltərə, İsrail, Macarıstan, Polşa, Danimarka, Qazaxıstan, Gürcüstan, Latviya, Litva, Estoniya, Moldova, Rusiya və Ukrayna kimi ölkələrdə müstəqil detektivlərlə bağlı qanunlar mövcuddur.

“Fransada 1834-cü ildə, Rusiyada isə 1992-ci ilin 11 martında belə qanun qəbul edilib. Sadaladığım ölkələrdə özəl detektivlər qanunvericilik çərçivəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək birgə iş görürlər.

Onlar cinayətlərin açılmasında, axtarışda olanların tutulub məhkəmə-istintaq orqanlarına təhvil verilməsində, naməlum şəraitdə itkin düşənlərin yerinin aşkar edilməsində, şəxsiyyəti məlum olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsində iştirak edirlər. Onlar hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarıdır”, - deyə M.Hacıyev əlavə edib.

Keçmiş kriminalistin fikrincə, Azərbaycanda polis cinayətlərin operativ şəkildə açılmasını təmin edir.

“Daxili İşlər naziri Vilayət Eyvazovun fəaliyyəti təqdirəlayiqdir. Keçmiş bir əməliyyatçı, istintaqçı kimi Daxili İşlər nazirinin fəaliyyətini yüksək qiymətləndirirəm. Cənab Vilayət Eyvazov yaxşı iş prinsipi qurub.

Mənə elə gəlir ki, Azərbaycanda polis sistemi mükəmməl işlədiyinə görə, özəl detektivlərsiz də keçinmək olar”.

Son xəbərlər

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Ramazan Nəbiyev AQTİ sədri təyin olundu

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

MİRFAİQ-60 TƏBRİK EDİRƏM!- FOTO

Onun həyat proqramında tək bir xətt var – neytrallıq

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

İsti havada rahat yatmağın yolları

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Yağışdan əvvəl niyə oynaqlarımız ağrıyır? - Həkimdən açıqlama

Yaponiyada güclü zəlzələ oldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Məmməd Qədir : Bezimdən keçib gəldim - FOTO

AXIRINCI KİMDİR? (Hekayə)

Çiyələk infarkt riskini azaldır

Etdiyi yaxşılıqlara görə Vaqif Qurbanova təşəkkürümüzü bildiririk - FOTO

Ölən dostlarının adını belə yaşadır - Foto

İlyas Yalçıntaş həbs edildi

Nurani komaya düşdü - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü

Almaniya və Fransa strateji əməkdaşlığı dərinləşdirir

Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib

Bu yerlərdə işıq olmayacaq - Xəbərdarlıq

I kurs tələbəsi vəfat etdi

Nazirin keçmiş müavininə yeni vəzifə verildi

Kral Çarlz 4 ildən sonra Meqan və nəvələrini qəbul etdi - Kamilla da orada idi

Badamdar qəsəbəsi, EVEREST şadlıq sarayında Sarı Aşıq Ədəbi Məclisinin növbəti tədbiri keçiriləcək.

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031