Möhtəşəm mitinqi başladı - bütün dünya Azərbaycandan danışır Yüz minlərlə insan küçələrə çıxdı!
Yüz minlərlə insan küçələrə çıxdı! Möhtəşəm mitinqi başladı - bütün dünya Azərbaycandan danışır

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçiriir.

carciTV xəbər verir ki, aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıb.

Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları "Qarabağa Azərbaycandır!”, "Biz terrora yox deyirik”, "Azərbaycan ədalət tələb edir!”, "Xocalıya biganə qalma!”, "Dinc və günahsızların qatillərinə ar olsun!”, "Erməni yalanlarına dur de!”, "İşğalı dayandırın!”, "Qarabağ haqqımızdır!” şüarları səsləndirirlər.

Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edirlər.

Mitinqdə yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılır.

Mitinqinin sonunda yekun sənədin qəbulu və bir sıra beynəlxalq təşkilatlara ünvanlanması planlaşdırılıb.



Son xəbərlər

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Ramazan Nəbiyev AQTİ sədri təyin olundu

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

MİRFAİQ-60 TƏBRİK EDİRƏM!- FOTO

Onun həyat proqramında tək bir xətt var – neytrallıq

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

İsti havada rahat yatmağın yolları

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Yağışdan əvvəl niyə oynaqlarımız ağrıyır? - Həkimdən açıqlama

Yaponiyada güclü zəlzələ oldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Məmməd Qədir : Bezimdən keçib gəldim - FOTO

AXIRINCI KİMDİR? (Hekayə)

Çiyələk infarkt riskini azaldır

Etdiyi yaxşılıqlara görə Vaqif Qurbanova təşəkkürümüzü bildiririk - FOTO

Ölən dostlarının adını belə yaşadır - Foto

İlyas Yalçıntaş həbs edildi

Nurani komaya düşdü - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü

Almaniya və Fransa strateji əməkdaşlığı dərinləşdirir

Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib

Bu yerlərdə işıq olmayacaq - Xəbərdarlıq

I kurs tələbəsi vəfat etdi

Nazirin keçmiş müavininə yeni vəzifə verildi

Kral Çarlz 4 ildən sonra Meqan və nəvələrini qəbul etdi - Kamilla da orada idi

Badamdar qəsəbəsi, EVEREST şadlıq sarayında Sarı Aşıq Ədəbi Məclisinin növbəti tədbiri keçiriləcək.

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031