Xəbərlər
27.07.2024, 22:51
Avropa çempionatı: Azərbaycan basketbol millisi Albaniyanı məğlub edərək finala yüksəlib
Azərbaycan basketbol millisi Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında Avropa çempionatının "C" divizionunda yarımfinal oyununa çıxıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yığma ev sahibi Albaniya seçməsi ilə qarşılaşıb və rəqibi üzərində 62-41 hesablı qələbə qazanıb. 18 xal toplamış milli komandanın üzvü Derin Berköz qarşılaşmanın ən məhsuldar basketbolçusu seçilib. Bu qələbə ilə Azərbaycan yığması Avropa çempionatının finalına vəsiqə qazanıb. Millinin iyulun 28-də baş tutacaq final görüşündəki rəqibi Lüksemburq-Ermənistan matçının qalibi olacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay