
Xəbərlər
14.07.2024, 22:36
TƏHSİLDƏ İDARƏETMƏ KONSEPSİYASI
TƏHSİLDƏ İDARƏETMƏ KONSEPSİYASI
Lalə Yusif qızı Əzimova
Qərbi Kaspi Kollecinin direktoru
laleazimova314@gmail.com
https://orcid.org/0009-0002-3034-7 E-mail. laleezimova 2023@gmail.com
https://orcid.org/0009-0002-3034-7 E-mail. laleezimova 2023@gmail.com
Tel. 055 612 36 52
Təhsildə “İdarəetmə” konsepsiyası dedikdə bu ümumi anlayışlar, baxışlar sırasındadır. Bu təhsildə idarəetmə konsepsiyası ancaq texniki və istehsal sahələrində deyil, həm də sosial sistemlərdə, həmçinin pedaqoji sistemdə, təhsilin idarə edilməsində istifadə edilir. İdarəetmənin elmi əsasını elmi biliklər təşkil edir. Elmi biliklər idarəetmənin nəzəri və praktik əsasını təşkil edir.
Təhsili idarəetmə konsepsiyası dedikdə isə proses iştirakçılarının qarşılıqlı təsiri nəzərdə tutulur. İdаrəеtmə hər hаnsı bir оbyеkt (təşkilаt, müəssisə, firmа) оlmаdаn icrа еdilə bilməz. İdаrəеtmənin mövcudluğu təşkilаtın mövcudluğu ilə bаğlıdır. Yəni təşkilаt vаrsа idаrəеtmə də vаrdır. İdаrəеtmə sistеmi - оbyеkt və subyеkt оlmаqlа iki tərkib hissədən ibаrətdir
Təhsildə idarəetmənin struktur ünsürlərinə onun obyekt və subyektləri, həmçinin onların qarşılıqlı münasibətləri daxildir. Təhsilin idarəetmə subyektləri dedikdə idarəetmə fəaliyyətini həyata keçirən, bu sahədə səlahiyyətə malik olan şəxslər, idarə və təşkilatlardır. «Təhsilin idarədilməsinin başlıca məqsədi cəmiyyətin və dövlətin məktəb qarşısında qoyduğu tələbləri yerinə yetirmək, müasir cəmiyyətimizə uyğun uyğun zəngin mənəviyyata və elmi dünyagörüşünə malik layqili vətəndaş, hərətərəfli inkişaf edtmiş şəxsiyyət yetişdirməkdən və bunun üçün əlverişli şərait yaratmaqdan ibarətdir [1s.5].
İdarəetmədə təşkiletmənin həyata keçirilməsi ilə əlaqədar səlahiyyət, məsuliyyət, nüfuz, hakimiyyət, lider kimi müxtəlif anlayışlardan istifadə olunur. Bu anlayışlar barədə məlumat verməyi məqsədəuyğun hesab edirik.
Səlаhiyyət – rəhbər işçinin müəssisənin müəyyən işlərini yеrinə yеtirmək üçün işçilərdən, təşkilаtın mаddi və mаliyyə еhtiyаtlаrındаn istifаdə еtmək hüququdur.
Məsuliyyət – vеrilən tаpşırıqlаrın yеrinə yеtirilməsi öhdəliyini və оnlаrın qənаətbəxş həll еdilməsinə cаvаbdеhliyi ifаdə еdir.
Nüfuz – bir fərdin bаşqа bir fərdin dаvrаnışındа, münаsibətlərində, duyğusundа dəyişiklik yаrаdа bilən dаvrаnışdır.
Hаkimiyyət – səlаhiyyət, nüfuz və fərdi kеyfiyyətlərindən istifаdə еtməklə bаşqаlаrının dаvrаnışınа təsir еtmək imkаnıdır.
Lider - (ingiliscə "leader" — birinci, aparıcı, qabaqda gedən) Müəyyən bir qrupda və ya kollektivdə hamının aparıcılığını qəbul etdiyi nüfuzlu şəxsdir. İnsanlar qrupu bu şəxsə ən məsul qərarlar qəbul etməyə səlahiyyət verir, o kollektivin daxili təşkilində və fəaliyyətində əsas rol oynayır.
Təhsildə idarəetmənin özünəməxsus xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər idarəetmə işini düzgün qurmağa kömək edir. Həmin xüsusiyyətlər aşağıdakılardır: 1. İyerarxik- yəni idarəetmə ünsürlərinin tabeçilik asılılığı ilə əlaqədardır. Aşağı təbəqəli qurumlar, təşkliatlar yuxarı təşkilatlara tabe olmalıdır.
Nisbi – yuxarı səviyyəli subyektlər aşağı səviyyə subyektlər üçün idarəedici rolunda çıxış edir.
Fasiləsiz – idarəetmə fasiləsiz olaraq davam etdirilir, informasiyalar davamlı olaraq dövr edilir, subyektlərə çatdırılır.
Dövrü - İdarəetmə prosesində fasiləsizlik dövriliklə sıx bağlıdır. İlkin informasiya və qərardan sonra yeni qərarın qəbuluna və yeni informasiya alınması üçün yeni bir dövr başlayır.
Təhsilin idarəedilməsini səmərəli təşkil etmək üçün aşağıdakı pedaqoji prinsiplərə əməl edilməlidir.
1. İdarəetmədə məqsədyönlülük prinsipi
2. Kollegiallıq ilə vahid rəhbərliyin əlaqələndirilməsi prinsipi.
3. İdarətmədə humanizm və demokratiklik.
4. İdarəetmədə dövlətlə ictimai təşkilatların əlaqələndirilməsi prinsipi
5. İdarəetmədə elmilik, nəzəriyyə ilə praktikanın qarşılıqlı əlaqəsi prinsipi
6. İdarəetmədə planlılıq prinsipi
7. İdarəetmədə optimallıq prinsipi
8. İdarəetmədə aşkarlıq və şəffaflıq prinsipi
9. İdarəetmədə mərkəzləşdirmənin və desentralizasiyanın rasional əlaqələndirilməsi.
10. İdarəetmədə ardıcıllıq, sistemlilik və bütövlük prinsipi
11. İdarəetmədə planlaşdırma, uçot və nəzarətin vəhdəti prinsipi
12. Optimallıq prinsipi
13. Təhsilinidarəedilməsindəinteqrasiyaprinsipi
14. Təhsiliidarəetmədətabeçilikprinsipi.
15. Təhsilinidarəedilməsindəbərabərlikprinsipi
16. Təhsilin idarəedilməsində obyektivlik və ədalətlilik prinsipi
17. Təhsili idarə etmədə mərkəzləşdirmə və qeyri-mərkəzləşdirmə prin¬sipi.
“İdarətmə çətin və mürəkkəb peadqoji proses olduğundan bir çox təhsil kollektivləri idarəetmə mexanizminə bəzi prinsiplər də əlavə etmişlər ki, onları da fayadlı hesab edirik: Operativlik; Çeviklik; Prinsipiallıq; Məsuliyyət; Son nəticəyə istiqamətlənmə; Varislik; Konkretlilik; Əmək bölgüsü; Pedaqoji əməyin elmi təşkili və s. [3, s.405].
Beləliklə, deyə bilərik ki, idarəetmə çətin və mürəkkəb pedaqoji proses olmaqla onun səmərəsi və keyfiyyəti idarəçilərinin yüksək səriştəsi və peşəkar fəaliyyət göstərməsindən asılıdır.
Ədəbiyyat
Ədəbiyyat
1. Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu. Bakı: Ozan, 2009
2. Əliyeva S.Q. Məktəbin idarə edilməsinin pedaqoji, psixoloji əsasları Bakı: ADPU, 2021, 320 s.
3. Hüseynzadə R.L. Pedaqogika.Dərslik. Bakı: Mütərcim, 2021, 488 s.
Xülasə
TƏHSİLDƏ İDARƏETMƏ KONSEPSİYASI
Lalə Yusif qızı Əzimova
Lalə Yusif qızı Əzimova
Təhsildə “İdarəetmə” konsepsiyası dedikdə bu ümumi anlayışlar, baxışlar sırasındadır. Bu təhsildə idarəetmə konsepsiyası ancaq texniki və istehsal sahələrində deyil, həm də sosial sistemlərdə, həmçinin pedaqoji sistemdə, təhsilin idarə edilməsində istifadə edilir. İdarəetmənin elmi əsasını elmi biliklər təşkil edir.
Təhsili idarəetmə dedikdə isə proses iştirakçılarının qarşılıqlı təsiri nəzərdə tutulur. İdаrəеtmə hər hаnsı bir оbyеkt (təşkilаt, müəssisə, firmа) оlmаdаn icrа еdilə bilməz. İdаrəеtmənin mövcudluğu təşkilаtın mövcudluğu ilə bаğlıdır.
Açar sözlər: İdarəetmə, təhsil, prinsiplər, kollegial orqanlar, humanizm.
Summary
ADMINISTRATION CONCEPT IN EDUCATION
Lala Yusif gizi Azimova
The concept of "Management" in education is one of these common concepts and views. In this education, the concept of management is used not only in technical and production areas, but also in social systems, as well as in the pedagogical system, in the management of education. Scientific knowledge is the scientific basis of management.
Education management refers to the interaction of process participants. Management cannot be performed without any object (organization, enterprise, firm). The existence of management is related to the existence of organization.
Keywords: Management, education, principles, collegial bodies, humanism.
РЕЗЮМЕ
КОНЦЕПЦИЯ УПРАВЛЕНИЯ В ОБРАЗОВАНИИ
Лала Юсиф кызы Азимова
Концепция понятие «Управления в образование» относится к числу общих понятий управления. Это понятие используется не только в технической но и производственной сферах, и особенно в социальных системах, а также в педагогической системе.
Управление образованием – очень трудный и очень сложный педагогический процесс. Концепция управление образованием подразумевает взаимодействие участников процесса. Управление не может осуществляться без какого-либо объекта (организации, предприятия, фирмы). Существование менеджмента связано с существованием организации.
Ключевые слова: Управление, образование, принципы, коллегиальные органы, гуманизм.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












