Rəfail Tağızadə: Ömür təqvimimin yeni ilinə qədəm qoyuram... FOTO
Ömür təqvimimin yeni ilinə qədəm qoyuram...
Bəlkə min il,on min il yaşlı
Sirli bir mahnının ardınca bu gün.
Dağlara gəlmişəm yalqız,kimsəsiz
Öz doğum günümü qutlamaq üçün!
Elə sehir var ki,bu ucalıqda
Ürəyi dəyişir,vaxtı çaşdırır.
Dağlar ad günümə hədiyyə kimi
Ruhumu yenidən cavanlaşdırır.