
Xəbərlər
22.04.2024, 00:01
AĞASƏF MUSTAFAYEV - 70 - FOTO
AĞASƏF MUSTAFAYEV - 70
QƏLBİ XEYİRXAH ƏMƏLLƏRLƏ DÖYÜNƏN ŞƏXS
“Adamı heç harda heç nə gözləmir, gərək adam özü getdiyi yerə nəsə aparsın”. Basqallı Ağasəf Mustafayevlə hər yeni söhbətdən sonra bu müdrik deyimi xatırlayıram. Gəldiyim nəticə bu olur ki, o, 70 illik ömrü boyu getdiyi yerə nəsə aparıb, kimdənsə nəsə ummayıb. Ən əsası odur ki, hər yerə özü ilə insanlıq, xeyirxahlıq, mərhəmət, şəfqət, saflıq daşıyıb...
Bir dəfə görüşlərimizin birində ondan soruşdum ki, vaxtilə nə qədər insana əl tutmusan, kimsə yıxılanda qolundan tutub ayağa qaldırmısan, bəs elə olubmu ki, çətin günündə səni ayağa qaldırsınlar? Cavab verib bildirdi ki, Allah məni o günə qoymasın. Mən bu işləri ona görə etmirəm və hazırda da davam etdirmirəm ki, əvəzini gözləyim... Bu cavabı alanda anladım ki, fikrimi düz çatdıra bilməmişəm. Əslində soruşmaq istəyirdim ki, yeniyetməliyində, cavanlığında kimsə ona dayaq olubmu? Dedi ki, yox, mən elə uşaqlıqdan zəhməti sevən olmuşam. Hər şeyi özüm qazanmışam, kiminsə köməyinə ehtiyac qalmayıb...
Və söhbətimizin bu yerində nədənsə mənə elə gəldi ki, o, heç uşaq illərini də uşaq kimi yaşamayıb. Həmişə elə indiki kimi ağıllı, ciddi, məsuliyyətli, qayğılı bir insan olub. Xarakterindəki təvazökarlığı, ağır-batmanlığı, ağayanalığı, mədəniyyəti, tərbiyəsi isə diqtə edir ki, bu insan yer üzünə elə insanlığın xeyirxahı kimi gəlib. İnsanların xeyirxahı olmaq onun alın yazısının ən qalın xəttidir...
Onu bir neçə il əvvəl daha yaxından tanımağa başladım. Uzun illərin dəyərli dostu Tahir Rəcəbov, ondan sonra isə hacı İlqar Hüseynov bildirdilər ki, Ağasəfin yaxşı şeirləri var. Sənin baxmağını məsləhət görmüşük. Düzü, əvvəlcə tərəddüd etdim. Mən ki şair deyiləm. Tahir qardaşım dedi ki, o baxıb, sən də bir ədəbiyyatçı, filoloq gözü ilə bax. Basqal haqqında elegiya
Kəndə getdim gileyləndi qohumlar:
Nədən gec-gec görünürsən, sirmi var?
Burda səni hamı sevən, qucandır,
Tay-tuşların səni görmür haçandır.
Eh! Olanda on üç, on dörd yaşında,
Oynayardıq bulaqların başında.
Hələ quşlar oyanmamış yuvadan,
Səs-küyümüz yüksələrdi obadan.
Qışın şaxta-boranında, hər səhər,
Qar içində oynayardıq bəxtəvər...
Bir gün gəldim, kənd üstündə təpədən,
O yerlərə nəzər saldım bir də mən –
BABA dayı çeşmə üstə çıxmayır,
Atam NADİR dəzgahına baxmayır.
AĞARƏHİM şanaları düzməyir,
AKKA baba sarağanı əzməyir.
NAZİM əmi “ağzəmin”i asmayır,
ABDULƏLİ daha buta basmayır.
RASİM əmi ət keçirmir qarmağa,
QADİR əmi çıxmır lülə sarmağa.
MAHMUD kişi qoyun sürmür otlağa,
SƏMİD əmi camış qatmır qabağa.
ŞİRZAD dostum gəzmir küçəbəküçə,
NAĞI əmi əzan vermir sübh, gecə.
MÖVLAN əmi işlətməyir hamamı,
Gördükləri əzir, sıxır adamı.
Dərd olsa da, deyəcəyəm düzünü,
ZİBEYİR əmi qoyub gedib bizini.
MƏZƏN dayı qılımçədən daş asmır,
ƏNSAR əmim məngənəsin heç açmır.
RƏFİ kişi şapka qoymur qıyğacı,
İSGƏNDƏRsiz meşələrə çox aşı.
Cavan-cavan tay-tuşlarım hanı bəs?
Nə XANLARdan, nə TAHİRdən var bir səs.
Çox cavanlar gedər-gəlməz oldular.
Bir çoxları vaxtsız açıb soldular...
Boş qalıbdır XARABİYAN sinəsi,
Xarabadır SOLTAN əminin binəsi.
Dolanırıq hərəmiz bir şəhərdə,
Görüşürük ya xeyirdə, ya şərdə...
Kəndə getdim gileyləndi qohumlar:
Nədən gec-gec görünürsən, sirmi var?
İndi deyin, niyə kəndə gəlim mən?
Olanları hardan, necə bilim mən?
Nə saydığım bu kəslərdən biri var,
Nə gördüyüm o evlərin yeri var.
Kim uçurub, kim sökübdü, bilmirəm,
Ona görə mən də kəndə gəlmirəm...
Nədən gec-gec görünürsən, sirmi var?
Burda səni hamı sevən, qucandır,
Tay-tuşların səni görmür haçandır.
Eh! Olanda on üç, on dörd yaşında,
Oynayardıq bulaqların başında.
Hələ quşlar oyanmamış yuvadan,
Səs-küyümüz yüksələrdi obadan.
Qışın şaxta-boranında, hər səhər,
Qar içində oynayardıq bəxtəvər...
Bir gün gəldim, kənd üstündə təpədən,
O yerlərə nəzər saldım bir də mən –
BABA dayı çeşmə üstə çıxmayır,
Atam NADİR dəzgahına baxmayır.
AĞARƏHİM şanaları düzməyir,
AKKA baba sarağanı əzməyir.
NAZİM əmi “ağzəmin”i asmayır,
ABDULƏLİ daha buta basmayır.
RASİM əmi ət keçirmir qarmağa,
QADİR əmi çıxmır lülə sarmağa.
MAHMUD kişi qoyun sürmür otlağa,
SƏMİD əmi camış qatmır qabağa.
ŞİRZAD dostum gəzmir küçəbəküçə,
NAĞI əmi əzan vermir sübh, gecə.
MÖVLAN əmi işlətməyir hamamı,
Gördükləri əzir, sıxır adamı.
Dərd olsa da, deyəcəyəm düzünü,
ZİBEYİR əmi qoyub gedib bizini.
MƏZƏN dayı qılımçədən daş asmır,
ƏNSAR əmim məngənəsin heç açmır.
RƏFİ kişi şapka qoymur qıyğacı,
İSGƏNDƏRsiz meşələrə çox aşı.
Cavan-cavan tay-tuşlarım hanı bəs?
Nə XANLARdan, nə TAHİRdən var bir səs.
Çox cavanlar gedər-gəlməz oldular.
Bir çoxları vaxtsız açıb soldular...
Boş qalıbdır XARABİYAN sinəsi,
Xarabadır SOLTAN əminin binəsi.
Dolanırıq hərəmiz bir şəhərdə,
Görüşürük ya xeyirdə, ya şərdə...
Kəndə getdim gileyləndi qohumlar:
Nədən gec-gec görünürsən, sirmi var?
İndi deyin, niyə kəndə gəlim mən?
Olanları hardan, necə bilim mən?
Nə saydığım bu kəslərdən biri var,
Nə gördüyüm o evlərin yeri var.
Kim uçurub, kim sökübdü, bilmirəm,
Ona görə mən də kəndə gəlmirəm...
“Basqal haqqında elegiya” adlı şeiri nəzərdən keçirdim. Mövzu məni tutduğu üçün facebookda bu yazını paylaşdım:
“BASQAL O BASQAL DA OLACAQ!
Əslində mən bu kövrək sətirləri, nostalji hissləri çoxdan yazmalıydım. Hər dəfə bu yazını yazmağı ağlıma gətirəndə qəribə xoş hisslər məni bürüyürdü və qorxurdum ki, bu nostalji hisslərə aid nəsə yazanda nəyisə unuda bilərəm. Ancaq sonda – Ağasəf Basqallının “Basqal haqqında elegiya”sını oxuyandan sonra qərar verdim.
Ağasəf Basqallının bu şeirini mənə dünən (yəni 2018-ci il oktyabrın 29-da) rəhmətlik Dəmir əminin tovuzlu kürəkəni məndən Basqal qəsəbəsi haqqında yazı dərc edilmiş qəzeti götürərkən verdi. Düzü, dünən işin çoxluğuna görə oxumadım. Amma bu gün rəhmətlik Dəmir əminin oğlu Ramazanı bir yas yerində görəndə ona bu olayı nəql etdim. Bildirdi ki, şeirdən xəbəri yoxdur. Amma yeznələrinin gəlişindən xəbəri var. Elə Ramazan qardaşımızın yanında bir neçə bəndə baxdım və, düzü, müəllifini tanımasam da, şəxsi tanışlığım olmasa da, onun yaradıcılığını bəyəndim və məndə xoş təəssüratlar, nostalji hisslər yaratdı.
Ona görə Sizin şeirinizdəki poeziyadan aldığım təəssürata görə bu yazını da cavab olaraq bir oxucu kimi, şeirdən qidalanan bir oxucu kimi, içərisi odlu-alovlu bir oxucu kimi, dərin temperamentli arzuları dil açıb-danışan bir oxucu kimi, qələm sahibinin qədrini bilib, onlara tez məftun olan bir oxucu kimi, sinəsində keçmiş Basqalın xoş xatirələri qalmış bir oxucu kimi, nəhayət, öz kəndini, obasını, elini, evini sevən bir basqallı kimi Sizə təqdim edirəm.
Mən ən çox o sənətkarların – yazarların, qələm sahiblərinin daxili aləminə vurğunam ki, o, Xəlil Rza kimi (nevropotoloq) olsun! İstəyirəm o (nevropotoloqlar) mənim sözlərimə ürək, beyin, qan damarları versinlər. Mənə qələm sahiblərinin sənətinə dar düşüncə ilə baxa bilmirəm. Xöşbəxt o şəxsdir ki, hər şeyə soyuqqanlılıqla yanaşır, dərdi özündən kənara qovmağı bacarır. Mən bütün fəlsəfi sözlərlə gəlib az qala bugünədək unudulmaqda olan Basqalın rəmzi olan Əmrəkinin ətəyində dayanmaq istəyirəm... Ancaq o Əmrəkinin də dadı, duzu damağımızdan getməkdədir. Bu sözümü basqallılarım qəribçiliyə salmasınlar. Son illərdə onsuz da hər şeyin dadı əvvəlki kimi deyil. O Əmrəki vaxtilə basqallılara da, Basqala ilk qədəm qoymaq istəyənlərə də “Xoş gəldin!” deyərdi. İndi isə sanki o Əmrəkinin də bənizi saralıb solub. Uşaqlığımızın, gəncliyimizin şahidi Əmrəki də bu gün qayğı gözləyir Basqal kimi! İnanıram ki, Azərbaycan Prezidentinin məlum sərəncamı Əmrəkinin də bəxtinə yaşıl işıq salacaq, elə qonaqların da, turistlərin də ilk dayanacağı guşə məhz Əmrəki olacaq!
Doğrusu, bu şeiriniz mənə həm pis, həm yaxşı təsir etdi. Yaxşı təsiri budur ki, yadımdan və insanlarını yaddaşından çıxmış insanların, Basqalın sənətkarlarının adlarını bir-bir xatırlamısınız. Buna görə Sizə ən azından minnətdar ola bilərəm.
İkinci təsiri budur ki, bundan aldığım təəssürat məni qəhərləndirdi. Çünki o ustaların, sənətkarların, tanınmış simaların vaxtilə yaaştdığı ənənələr, nəsillərə ötürdükləri adətlər yox olub getmək üzrədir. O peşələri ki Siz xatırlatmısınız poeziyanın diliylə, onları bugünkü nəsil bilmir, tanımır. Bax, o sənətlərin də tədricən aradan çıxmağı həqiqətən qəlbimi ağrıtdı.
Mən Sizin bu misralarınızda bu gün də yaşayan atam Əjdərlə Sərdarın, kərbəlayi Əzizlə Heyətin (kələğayı ustaları), Yunis əminin də səslərini eşitdim, nəfəslərini duydum. Onların kənddəki kəlağayı sexlərində, artellərində keçirdikləri gün-güzəran, yaşayış yadıma düşdü. Bu gün onlar qədim sənətimizin şahididirlər, haradasa sahibidirlər. Hazırda onlardan bizə qalan nələrdir: uçuq-sökük artellər, kəlağayıların hazırlandığı sexlər, boyaqxanalar… Hər dəfə oralardan keçəndə, elə köhnə artellərinin yerləşmiş olduğu Heydər əminin mülkünün yanından yolum düşəndə yenə də qəlbim ağrıyır. Və öz-özümə sual verməli oluram? Niyə Basqal bu günə, bu vəziyyətə düşdü? Onu bu vəziyyətə salanların cəzaları nədir? Yenə də təkrarən o sənədə qayıtmaq istəyirəm. Məlum Prezident sərəncamının icrası yəqin ki, burada görüləcək işlərin smetası hesablanandan sonra həyata keçiriləcək. Bu inam və ümiddəyəm ki, Prezident Basqalın əvvəlki formasına qaytarılması, burada quruculuq işlərinin öz ahənginə düşməsi, həyatın bərpası üçün yerli camaat da, Bakıda, eləcə də digər yerlərdə məskunlaşmış basqallılar da əlbir olacaq, sosial tədbirlərə dəstək olacaqlar.
Və bundan sonra Ağasəf Basqallı da, onun kimi el-obalarından küskün olanlar da, qonaqlar da həvəslə, maraqla qədim Basqala təşrif buyuracaqlar. Onda Basqal da əvvəlki büsatını yaşayacaq!
Daşdəmir BASQALLI”.
O şeirdən və mənim Ağasəfə cavabımdan sonra aramızda isti münasibət yarandı. Ona verdiyim mənəvi dəstəyə görə telefonla mənə səmimi təşəkkürünü çatdırdı. Bundan sonra bir-birimizi harada gördüksə, köhnə dostlar, tanışlar kimi görüşməyə, salamlaşmağa başladıq. Mən yuxarıda – girişdə verdiyim fikirləri elə belə yazmamışam. Haradasa 5-6 ildə gəldiyim qənaətin məntiqi nəticəsidir.
Bir il əvvəl hacı İlqar dedi ki, Ağasəf səni axtarır. Vaxt azlığından görüşə bilmirdik. Bir neçə dəfə müraciətdən sonra axır ki, hacı İlqarın iştirakı ilə 20 yanvar metrostansiyasının həndəvərində münasib bir məkanda oturub söhbət etdik. Basqal məktəbi haqqında kitab hazırladığı barədə məlumat verdi. Qeyd edim ki, bu görüşdən bir həftə əvvəl əmimin ikinci oğlu Novruz mənə belə bir kitabın hazırlanması təklifini vermiş, mən də nə vaxtsa yazacağımı ona çatdırmışdım. Düzü, onun topladığı materiallar məni qane etmədiyi, Basqal məktəbinin bütün fəaliyyətini əhatə etmədiyi üçün öz təkliflərimi verdim. 1887-ci ildə Ağarəzi xan Qasımxanlının rəhbərliyi altında fəaliyyətə başlamış Basqal məktəbi təkcə Ağasəfin və mənim dövrümdə dərs demiş müəllimlərdən ibarət deyildi. Ona görə fikrimizi qarşılıqlı diskussiya şəklində ifadə etdikdən sonra razılaşdıq ki, tələsmədən müəyyən araşdırmalar aparaq, Basqalın, Basqal məktəbinin və basqallıların adına layiq mükəmməl bir kitab ərsəyə gətirək. Araşdırmalarımız, axtarışlarımız öz müsbət nəticəsini biruzə verirdi. Onun təqdim etdiyi 68 müəllimin sayı artdı, haradasa 170-ə çatdı. Deməli, əlbir işimiz effektli alınırdı. Bu bir ildə biz bir-birimizi daha yaxından tanımağa başladıq. Bu, uzun söhbət olduğu üçün daha ətraflısını kitabda bildirəcəyəm. Hələlikə Ağasəfin haqqında yazmaqda qərarlıyam.
Ağasəf Mustafayev əməlisaleh mömindir. Allaha ibadət edir, dini mərasimləri həmişə normal qarşılayır, qeyd edir. Əqli və mənəviyyatı bir-birini yüksək səviyyədə tamamlayan, məslək və məramına xidmətdən zövq alan, zəka, təmkinlilik, ağayana əzəmət mücəssəməsi olan A.Mustafayevlə təmas insana böyük ruh yüksəkliyi, xoş əhval bəxş edir. Bu illər ərzində onun nə qədər böyük ürəyə, incə və həssas qəlbə malik olduğunun şahidiyəm. Ağasəf insanlara bacardığı köməyi göstərməkdən qəlb rahatlığı, könül xoşluğu tapan, mənəvi qida alan bir şəxsdir.
70 il həyatın kamillik və müdriklik çağıdır. Sənin kimi tükənməz enerji sahibi, böyük arzularla yaşayan, qəlbi daim xeyirxah əməllərlə, nəcib işlərlə döyünən şəxslər üçün isə 70 yaş hələ elə də böyük rəqəm sayılmır.
Səni yubileyin münasibətilə qəlbən təbrik edir, dünyanın ən gözəl nemətlərini arzulayıram. Üzümü Allaha tutaraq ömrünü uzun, həyatını parlaq etməsini, el-obamızın mənafeyi naminə gördüyün işlərə rəvac verməsini diləyirəm.
Qoy Uca Allah öz nəzərini heç zaman üzərindən əskik etməsin. Amin!
Daşdəmir ƏJDƏROĞLU
21 aprel 2024-cü il, saat 23-30
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




