
Xəbərlər
21.04.2024, 23:44
AYGÜN HÜSEYN : BAHAR - FOTO
BAHAR
Bir gözəl ovqata can bələnibdir,
Duyğular ürəkdə incələnibdir.
Çəmənlər sevgiylə qönçələnibdir,
Yaşıla bürünüb üzü baharın.
Sevgi butasıdır bağçalar, bağlar,
Gülür çəmən-çəmən güllü yaylaqlar.
Eşq ilə çağlayır ayna bulaqlar,
Gülür dodağında sözü baharın.
Soyuğun nəfəsi uzaqda qalıb,
Könül xoş duyğunu qoynuna alıb.
Aygün gözəlliyin seyrinə dalıb,
Sevgiylə dolubdur gözü baharın.
Duyğular ürəkdə incələnibdir.
Çəmənlər sevgiylə qönçələnibdir,
Yaşıla bürünüb üzü baharın.
Sevgi butasıdır bağçalar, bağlar,
Gülür çəmən-çəmən güllü yaylaqlar.
Eşq ilə çağlayır ayna bulaqlar,
Gülür dodağında sözü baharın.
Soyuğun nəfəsi uzaqda qalıb,
Könül xoş duyğunu qoynuna alıb.
Aygün gözəlliyin seyrinə dalıb,
Sevgiylə dolubdur gözü baharın.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay