Xəbərlər
5.04.2024, 23:33
Qadın futbolçulardan ibarət Azərbaycan millisi seçmə mərhələyə heç-heçə ilə başlayıb
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, B Liqasının I qrupunda mübarizə aparan yığma səfərdə Macarıstanla qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 44-cü dəqiqədə Henrietta Çizar açıb. Millimizin heyətində 74-cü dəqiqədə Sevinc Cəfərzadə penaltidə fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da doğma meydanda İsveçrəni qəbul edəcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay