Vardanyan Bakı ilə İrəvan arasında sülh sazişini pozub

Erməniəsilli rusiyalı milyarder Ruben Vardanyan Ukraynaya qarşı təcavüzə şərikdir.

"Qarabağa Dönüş" İctimai Birliyinin hesabatına istinadən xəbər verir ki, bunu Britaniya parlamentinin üzvü, mühafizəkar partiyanın deputatı Bob Bləkmən deyib.

“Biz başa düşməliyik ki, bu, Rusiyanın Ukraynadakı addımlarına görə sanksiyaya məruz qalan şəxsdir. Rusiyanın hərbi potensialını gücləndirməyə çalışdığı da məlumdur. Onun (Vardanyanın) şirkətləri Ukraynada və Qarabağda hərbi mövcudluğun genişləndirilməsi prosesində geniş istifadə olunurdu”, - britaniyalı deputat bildirib.

R.Vardanyan, həmçinin Ukraynaya və onun vətəndaşlarına qarşı törədilmiş cinayətlərdə iştirakına görə Ukraynanın “Sülhməramlı” sanksiya bazasına daxil edilib.

Hesabatda 1968-ci il təvəllüdlü Vardanyanın “Troyka Dialoq” investisiya şirkətinin rəhbəri və əsas tərəfdaşı kimi ilkin cinayət əməlləri də diqqətdən kənarda qalmayıb. “Troyka” Rusiyadan çirkli pulların yuyulması ilə məşğul olan geniş ofşor şirkətlər şəbəkəsi yaradıb.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatları Layihəsinın (OCCRP) araşdırmaçı-jurnalistlərinin bildirdiyinə görə, “Troika Laundromat”a 75 ofşor şirkət daxil idi. Bu şirkətlər 2006-2013-cü illər ərzində hazırda fəaliyyətini dayandırmış Litva bankının köməyi ilə 4,8 milyard dollar məbləğində maliyyə vəsaitini saxta əməliyyatlar yolu ilə çıxarıb. Vəsaiti son alanlar arasında Rusiya Prezidenti Vladimir Putinin dostu və violonçel ifaçısı olan Sergey Rolduqin də var idi.

“Ruben Vardanyan iyirmi ildən artıq bir müddətdə Qərb tipli investisiya bankçılığının siması, Rusiya kapitalizminin doğulduğu dövrdə “Troyka Dialoq”un yaradıcısı olub və uğurları ona milyarder statusu və Kremllə əlaqələr qazandırıb”, - hesabatda qeyd edilib. Təsvirin əks tərəfinin tamamilə fərqli olduğu ortaya çıxdı.

Vladimir Putinlə şəxsi əlaqələrinə baxmayaraq, R.Vardanyan Qərbin sanksiyalarından yayınmaq üçün 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib.

Eyni zamanda, R.Vardanyan Azərbaycan ərazisində tanınmamış separatçı qurum olan qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsini tutaraq öz “istedadı”ndan yaxşı istifadə etməyə yer tapmışdı. Belə ki, o, burada qeyri-qanuni olaraq mis, molibden və qızıl yataqlarını ələ keçirmişdi.

Rusiya sülhməramlıları tərəfindən "qorunan" resurslar bütün ekoloji standartları pozaraq talan edildi. Azərbaycan hakimiyyəti ekspertlərin yataqlara çıxışına icazə verilməsini tələb edirdi, lakin bu dəfələrlə rədd edilib. “Canadian Geopolitical Monitor”un məlumatına görə, R.Vardanyan Bakı ilə İrəvan arasında sülh sazişinin əldə edilməsində potensial uğurun qarşısının alınmasında fəal iştirak edib.

Hesabatda qeyd edilib ki, Vardanyanın bir sıra cinayətlər törətməsindən şübhələnmək üçün çoxlu səbəblər var: terrorçuluğun maliyyələşdirilməsi, qanunla nəzərdə tutulmayan hərbiləşdirilmiş birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə, habelə Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə.

Son xəbərlər

Ruhun Poeziyası: Püstə Sahibqızının Yaradıcılıq Cığırı

TƏNHA ÇİNARIN NAĞILI

İlham Əliyevə dil uzadanlar bilməlidir ki... - Asəf Rzayev

1 ilə 20 kiloqram arıqladı - Foto

“Altın çocuk” 90 yaşında vəfat etdi

30 ildən 44 günə... - Fotolar

Yapon uzun ömürlülərinin sayı 100 min nəfəri keçib - sirri nədir?

Hər gün kitab oxuyan insanlarda bu 5 xüsusiyyət inkişaf edə bilər

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Məktəbin ruhuna çevrilən rəhbər – Rübabə Dadaşovanın səmimi təhsil yolu

Daşdəmir Əjdəroğlu : BİR KÖNÜL SINDIRMIŞAM...

"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı "Şahənşah" restoranında keçirildi - FOTOLAR

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB

Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib

Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH

Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR

Yubileyi günü vəzifəsinin icrasına başladı

Avropanın ən yaşıl şəhəri seçiləcək: 8 namizəd, 600 min avroluq mükafat

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Bu vətəndaşların kredit borcu silinəcək

Ramil Usubovun ailəsində - Ağır itki

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb

Sabah Bakıya və rayonlara yağış yağacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031