Xəbərlər
19.03.2024, 22:36
Boliviya polisi Avropaya göndərilən 7,2 ton kokainin qarşısını alıb
Boliviya hüquq-mühafizə orqanları cinayətkarların Avropaya göndərməyi planlaşdırdıqları 7,2 ton kokain partiyasını müsadirə ediblər.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Boliviyanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə xüsusi bölməsi məlumat yayıb.
Boliviyanın daxili işlər naziri Karlos del Kastilon qeyd edib ki, bu, ölkə tarixində müsadirə edilmiş ikinci ən böyük kokain göndərişidir. Cinayətkarlar narkotikləri metal qırıntılarla yüklənmiş maşınlarda daşıyıblar. Yük Çilinin İkike limanına gətiriləcək və oradan da Belçikaya çatdırılacaqdı.
Hüquq-mühafizə orqanları kokainin dəyərini 451 milyon dollar qiymətləndirir.
Qeyd edək ki, yanvar ayında Boliviya polisi 8,7 ton kokain müsadirə etmişdi. Bu, indiyə qədər ölkə tarixində müsadirə edilmiş ən böyük narkotik partiyası idi.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay