Xəbərlər
12.02.2023, 20:41
İsrail hərbçiləri Misir sərhədində 14,2 milyon dollar dəyərində narkotik ələ keçirib
srail hərbçiləri Misirdən böyük narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıblar.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 5-də hərbçilər Yoav regional briqadasının məsuliyyət zonasında Misirdən İsrail ərazisinə narkotik keçirməyə cəhd edən üç şübhəli şəxsi aşkarlayıblar. Hadisə yerinə gələn hərbçilər polislə birlikdə qaçaqmalçılıq cəhdinin qarşısını alıb, şübhəliləri saxlayıb və təqribən 50 milyon şekel (təxminən 14,2 milyon dollar) dəyərində 120 kiloqram narkotik vasitə müsadirə ediblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay