Mübariz Mənsimovdan Hadı Rəcəbliyə cavab: “YAP-çı deputatların xalqa xeyri dəyməyib”
Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov sosial şəbəkələr vasitəsilə Lənkəran rayonundan deputatlığa namizədliyini vermiş Hadı Rəcəblini sərt tənqid edib. Öncə eks deputat haqqında “Yaşlanıb, getsin tarlada işləsin” kimi paylaşımı ilə diqqət çəkən milyonçuya Hadı Rəcəblinin cavabı gecikməyib. Hadı Rəcəbli bildirib ki, onu partiya seçib və partiya seçirsə demək ki, buna layiqdir. İki tərəf arasında polemika bundan sonra da davam edib. Mübariuz Mənsimov ümumilikdə parlament seçkiləri barəsində sərt reaksiyası özünü çox gözlətməyib.
“Mediada Hadı Rəcəblinin şərhimə münasibətini gördüm. O, Lənkaran rayonun Viravul kəndində doğulub və bəlkə də, mənə qohumluğu da çatır. Bir insan kimi hörmətim var. Amma millət vəkili kimi bu vəzifəyə uyğun deyil. Madam ki,seçkilər demokratikdir,bir azərbaycalı olaraq,fikrimi bildirmək istərdim. Hadı bəy 24 ildir deputatdır. Amma seçicilərinə bir xeyri dəymədi,əksinə,maaşlar,pensiyalar və uşaq pulları ilə bağlı yersiz bəyanatları ilə yadda qaldı. Deyir ki,namizədliyini YAP irəli sürüb.Lap yaxşı.Lakin əvvəllər də hakim partiyanın Lənkərandan və ümumiyyətlə, cənub rayonlardan seçilən millət vəkillərinin insanlara heç bir xeyri dəyməyib və onlar yalnız öz mənafelərini güdüblər.

Bir dəfə də olsun seçicilərin yanında olmadılar.İndi isə səs üçün qapı-qapı gəzirlər.Sözüm odur ki,demokratik seçkilərdə şansları “0”-a bərabərdir.Türkiyə vətəndaşı olsam da, bir çox bağlarla Vətənimə bağlıyam.Ona görə bütün prosesləri izləyirəm. Hadı bəy hakim partiyaya arxalanaraq yazır ki,məni partiya seçib. Deyim bilin,mən MHP-nin üzvüyəm amma Rəcəp Tayyib Ərdoğanla münasibətimiz əladır.Mənim böyük qardaşımdır,hörmətim hədsizdir.Amma mən AKP yox,MHP-çiyəm. Bunu da açıqca bəyan edirəm.Milliyyətçiyəm.Ruhum,baxışım budur. Mən partiyanı hansısa insana görə seçmirəm.YAP da,AKP də hakim partiya ola bilərlər.Heç kim və heç bir qurum ideal deyil,o cümlədən kimisə partiya seçirsə, bu onun müqəddəs elan edilməsi anlamına gəlmir. Əgər kimsə müqəddəs,dəyişdirilməsi qadağan olunan olsaydı, 2019-cu ildə ölkədə bu qədər istefalara şahid olmazdıq.

Sözümü siyasiləşdirməyin. Demokratik seçkidən xalq, dövlət, ölkə yalnız qazanacaqlar.Fuad Abbasov, Qənira Paşayeva, ziyalılar, aydınlar, gənclər, adlarını çəkmədiyim çoxlu sayda dəyərli namizədlər var.Şans verin, onların xalqa xidmətlərini görək.Mən bir paylaşım edən kimi imkansız,əlacsız insanlar yazmağa başlayırlar.Ümid edirəm ki,seçkilərdən sonra vəziyyət dəyişəcək və onlar öz vəkillərinə yazıb real kömək alacaqlar.Deputat - “elçi göndərilmiş” deməkdir.Xalqınızın elçisi olun, məmurların yox. Xalqın cibinə girənləri, rüşvətxorları, harınlamış məmur övladlarını ifşa edib onların cəzalandırılmasına nail olun.O zaman əsil Elçi olacaqsınız”,- deyə o bildirib.

Son xəbərlər

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Külək, yağış, dolu...

Azərbaycana yay gəldi

Prezident qəbul keçirdi - Fotolar

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı titutuluna yiyələnib

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

"Hudutsuz sevda"nın "bacı-qardaşı" nişanlandı - FOTOLAR

Türkiyədə tur avtobusu aşdı - Ölən və xəsarət alanlar var

HƏSƏNXAN ƏSƏDOV : Xatırlasan özün gəl - FOTO

Tramp: Atəşkəs dövründəki60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq

CÜMŞÜD AYDƏMİR : Dünyanı qoruyaq - FOTO

Melonidən Trampa yeni mesaj: Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm

Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib

ADPU-nun müəllimi vəfat etdi

ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Məlahət Behbudqızı : Sənli xəyallarla yaşayır qəlbim - FOTO

Ağstafaya dolu düşdü

"Azəriqaz"da yeni struktur yaradıldı

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930