Ukraynalı deputat: Azərbaycanla bağlı qərar Strasburqun xeyrinə deyil
Ukrayna Ali Radasının üzvü Aleksey Qonçarenko Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə qərarın müzakirəsi zamanı Azərbaycan dilində “Yaşasın Azərbaycan” şüarı səsləndirib.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsini nəzərdə tutan qərarın səsə qoyulmasından öncə çıxış edən Qonçarenko assambleya üzvlərini doğru qərar qəbul etməyə çağırıb.

“Avropalı Mühafizəkarlar” adından çıxış edən Qonçarenko sözügedən təşəbbüsün Strasburqun xeyrinə olmadığını vurğulayıb.

“Bu, mənim və bir çox həmkarlarım üçün olduqca kədərli bir andır. Hazırda yaxşı heç nə baş vermir. Biz bunu etiraf etməli və başa düşməliyik. Hamımıza bir sualım var: hazırda burada baş verənlərə görə kim və harada sevinəcək… Daha bir sual: Bu, bizi daha güclümü edəcək? Düşünmürəm”, – Qonçarenko deyib.

Ukraynalı deputat Azərbaycanın 2001-ci ildən təşkilatın üzvü olduğunu xatırladıb. O, belə bir qərarın Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Ermənistanla sülh sazişi istiqamətində atılan addımlara mənfi təsir edə biləcəyini vurğulayıb.

“Həqiqətən indi vəziyyət indi o zamankından dahamı pisdir? Düşünmürəm… Biz görürük ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Ermənistanla sülh sazişinə doğru irəliləyir. Bu, bizim hamımızın dua etdiyimiz bir şeydir. Biz Cənubi Qafqazda sülh istəyirik, biz bu iki xalq arasında sülh istəyirik. Onlar buna doğru hərəkət edirlər. Biz onların bu ana doğru necə hərəkət etdiklərini görürük. Bu gün bizim burada etdiklərimizin sülh sazişini bir gün belə təxirə salması pis olardı. İndi birlikdə olmaq daha yaxşı olardı”, - Qonçarenko deyib.

Son xəbərlər

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031