Şəhid ailələri və əlillərə 14800 mənzil və fərdi ev verilib
Şəhid ailələri və əlillərə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə sosial xidmətlər sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidmətinin göstərilməsi işləri, sosial xidmət müəssisələrinin fəaliyyəti və s. barədə məlumat verilib.

Qeyd olunub ki, Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Onlara 2023-cü ildə daha 1500, postmüharibə dövründə 6 000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib. Həmçinin ötən dövrdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7600-dən çox avtomobil təqdim olunub.

“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası, sosial xidmətlər sisteminin, sosial reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi, bu sahədə innovativ təşəbbüslərin dəstəklənməsi, yarımstasionar sosial xidmətlərə əsaslanan mərkəzlərin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs olunub.

Övladlığagötürmə, “Himayədar ailə” qayğı modelinin icrası, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası, habelə ölkəmizə repatriasiya edilmiş şəxslərin reinteqrasiya və sosial reabilitasiyası sahəsində aparılan işlər qeyd edilib.

Əlilliyi olan şəxslərin peşə reabilitasiyası istiqamətində işlərin davam etdirildiyi, ötən il Peşə-əmək Reabilitasiya Mərkəzində daha 362 nəfər əlilliyi olan şəxsin peşə reabilitasiyası təlimlərinə cəlb edildiyi diqqətə çatdırılıb.

Sosial xidmət sistemində aparılan islahatlar, bu sahədə qarşıda duran vəzifələr müzakirə olunub. Sosial xidmətlərin keyfiyyətinin və bu xidmətlərə əlçatanlığın daha da artırılması məqsədilə müasir texnologiyaların geniş tətbiqi işlərinin də davam etdiriləcəyi vurğulanıb.

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031