Vətən müharibəsi iştirakçıları Türkiyə Jandarma Qüvvələrinin Komandanlığında olub
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı yanvarın 11-də Türkiyə Jandarma Qüvvələrinin Komandanlığında olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Vətən müharibəsi iştirakçıları ilə görüşündən məmnunluğunu ifadə edən Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı, ordu generalı Arif Çetin Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, Ümummilli Lider Heydərin "Bir millət, iki dövlət" siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Arif Çetin bu cür səfərlərin əlaqələrin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərdiyini qeyd edib. O, Türkiyənin bundan sonra da var gücü ilə Azərbaycanın yanında olacağı mesajını verib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edib. Bildirib ki, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarma Qüvvələrinin Komandanlığının böyük xidməti var. Torpaqlarımızın düşməndən azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüşlərdə Daxili Qoşunların da yüzlərlə hərbi qulluqçusu iştirak edərək cəsarət və igidlik nümunələri göstərib.

QHT sədri bildirib ki, Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri ilə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün sahələrdə özünü ən yüksək səviyyədə göstərir.

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031