Bakıda hansı ərazilərdən yeni məhəllələrin salınması üçün istifadə ediləcək?
Keçmiş dəmir yolu dəhlizləri, sənaye əraziləri və hərbi rejimli ərazilər yeni məhəllələrin inkişafı üçün istifadə ediləcək.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Bildirilib ki, daha əvvəl hər hansı bir təyinatla inkişaf etmiş və hazırda istifadə olunmayan ərazilərin yeni məhəllələrin inkişafı üçün istifadəsi təklif olunur. Buraya keçmiş dəmir yolu dəhlizləri, sənaye əraziləri və hərbi rejimli ərazilər, eləcə coğrafi mövqeyinin əlverişli olmaması ilə əlaqədar artıq istifadə olunmayan digər ərazilər daxildir. Yalnız bir neçə halda, yeni şəhər məhəllələrinin inkişafı üçün yaşıllıq ərazilərdən istifadəyə yol verilir. Buna misal olaraq Ələt qəsəbəsinin cənubundakı yeni şəhər məhəlləsini və ya Mərdəkanın qərbində yeni Qala məhəlləsini göstərmək olar.

Vurğulanıb ki, mövcud kənd təsərrüfatı torpaqlarında yeni inkişafa, ümumiyyətlə, yol verilməməlidir.

Qeyd olunub ki, Bakının mənzil tələbatını ödəmək üçün Baş Plan hazırlanan dövrdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) arasında aparılmış əməkdaşlıq görüşlərində mənzil tikintisi üçün əlverişli 125 hektar torpaq sahəsi müəyyən edilib. Aşağı və orta gəlirli gənc ailələrin mənzil tələbatını ödəmək üçün bu ərazilərdə müasir yaşayış mühitinin yaradılması təklif olunur. Davamlı və hərtərəfli imkanların olduğu şəhər məhəllələrinin yaradılması üçün Hövsanda və Bakının Yasamal rayonunda MİDA tərəfindən münasib qiymətə mənzillərin tikintisi məqsədilə 46 hektar ərazidə iki mənzil layihəsi həyata keçirilir. Bundan əlavə, Şəhər Göllərinin Bərpası Proqramı ilə paralel olaraq, həyata keçiriləcək Zığ gölünün (yaşayış və çoxfunksiyalı ərazi üçün uyğun təqribən 29 hektar torpaq sahəsi) və Böyükşor gölü (yaşayış ərazisi üçün uyğun təqribən 50 hektar torpaq sahəsi) ərazisində yaşayış üçün əlverişli iki yeni ərazi təklif edilir.

Yeni inkişaf ərazilərində ümumilikdə 620 min insanın yaşayış yeri ilə təmin edilməsi mümkün olacaq və nəticədə şəhər əhalisinin 3,25 milyon. nəfərə qədər artmasına imkan yaranacaq. Bu ümumi çərçivəyə və gələcək əhalinin ərazi üzrə məskunlaşmasına əsaslanaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində sosial təyinatlı müəssisələrə tələbat xidmət radiusları nəzərə almaqla qiymətləndirilib. Bu göstərici, əhali proqnozu ilə müəyyən edilmiş 3,169 milyon nəfərdən bir qədər yüksəkdir ki, bu da əlavə ehtiyat imkanlarına şərait yaradır.

Son xəbərlər

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

QIZLARIN QƏLBİNƏ DƏYMƏYİN HEÇ VAXT - FOTO

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr ərazi partiya təşkilatlarında müzakirə olunub.

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031