Xəbərlər
24.12.2023, 23:23
Ehtiyatda olan baş leytenant: İlham Əliyev kimi sərkərdəyə malik olmaq xoşbəxtlikdir
Dekabrın 24-ü Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ad günüdür. Onun hərbçilərə çox böyük diqqət və qayğısı var. Bu gün təqdim olunan mənzillər də həmin qayğının bir ifadəsidir. Mən də bu gün Hövsan qəsəbəsində iki otaqlı mənzillə təmin olunmuşam. Vətən müharibəsində xalqımızın əldə etdiyi möhtəşəm Zəfər bir dövlət başçısı, siyasətçi və Ali Baş Komandan kimi İlham Əliyevin çox böyük tarixi uğurudur və ad günü münasibətilə onu ürəkdən təbrik edirəm. Belə sərkərdəyə malik olmaq böyük xoşbəxtlikdir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ehtiyatda olan baş leytenant Vüsal Yolçiyev deyib.
O, 2020-ci ilin payızında şərəfli döyüş yolu keçib. Həmin il oktyabrın 24-də Füzuli rayonunun Merdinli kəndi yaxınlığında düşmənin ön xəttini yararkən erməni hərbi birləşmələrinin iriçaplı silah və minomyotlardan atəşi ilə üzləşib. Vüsal sağ böyrək və kəllə-beyin zədəsi aldığından döyüşü davam etdirə bilməyib. O, göstərdiyi igidlik nümunəsinə görə, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.
İndiyədək ailə üzvləri ilə paytaxtın Binəqədi rayonunda kirayə mənzildə yaşayan Vüsal ən yaxın günlərdə yeni mənzilə köçməyi nəzərdə tutub. “Yeni il ərəfəsində iki otaqlı mənzillə təmin olunmağım həyat yoldaşı və qızım Gülnaz üçün ən böyük hədiyyə hesab edirəm”, -deyə keçmiş döyüşçü bildirib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay