Xəbərlər
16.12.2023, 21:24
Zirvələşən illər
Ömür yarımçıq qalmış bir nəğmə kimidir. O nəğmədə bolluca ümüd var, bir az nəşə, bir az da hüzün. Yarım qalan hisslər, arzular,əməllər. İlk insanın danışdığı , ilk duyğular ilk ünsiyyət şeirlə olub. İlkin yazılı qaynaqlar şeirlə başlayan həyata dəlildir. Neçə-neçə arzular qalaqlanır insan ürəyinə, amma hamısı gerçəkləşmir. Nicat Novruzoğlunun “Ruhuma can verən nəfəs” şeirlər kitabı da yarımçıq qalan duyğuların şeirdə davamıdır. Nicat poeziyaya gəldiyi gündən nüfuzunun qayğısıyla deyil, şeirlərinin oxucularının ürəyinə yol tapmasının qayğısıyla alışıb. Bu yolda ustadlardan öyrənib. Məmməd Arazı,Musa Yaqubu, Səməd Vurğunu klassik hesab edib. Nizaminin, Füzulinin , Nəsiminin, Vaqifin, Sabirin şeir dünyası qarşısında baş əyib, ancaq onun üçün ən böyük məktəb həyat olub, sevinci-kədəri ilə ortaq olduğu insanlar olub.
Artıq 2020-ci ildən Nicat istedadlı bir şair kimi etiraf olunur. “Ruhuma can verən nəfəs” “Sevgi qandan keçir, damardan keçir” deyən şair poeziyada öz fərdi dəsti-xəttini, deyim və duyum tərzini-Nicatanə tərzini yaradır.Nicat mümkün qədər üzdə olan nomenklatur mövzulardan qaçır,daha çox sadə insanların könül aləmini,əməyini,sevgisini və bu əməyin romantikasını tərənnüm edir. Son dövrlərdə yazdığı “Sözüm”,”Bayrağım mənim”,”Şəhid qardaşım”, “Vətəndir vətən”, “Gəlir” şeirləri ilə Nicat həyatda qaynayıb-qarışan,onun gözəlliklərindən vəcdə gələn bir şair olduğunu sübuta yetirir. 2023-cü ildə (“Möhtəşəm Azərbaycan” qəzeti) nəşr olunmuş Vətəndir Vətən şeiri bu misralarla bitirib: And olsun şanına,şanlı bayrağın, Əzəldən qadalı-qanlı bayrağın Ölsəm də qoynunda ana torpağın Altı da, üstü də Vətəndir, Vətən. Bəli Şairin yaşı onun şeirlərinin yaşı ilı ölçülməməli, şairin şeiri isə ona zirvə olmalıdır,onu ucaltmalıdır.Bu mənada Nicatın hər ili ucalan illər-zirvələşən olmuşdur. Nicatın oxucusu olmaq bu mənada, bu baxımdan şərəflidir. Yəni sən sevdiyin bu şairdən ötrü heç vaxt narahat olmayacaqsan, çünki o , səni bütün ömrün boyu sevindirəcək təzə-təzə gözəl şeirlər yazıb ortaya qoyacaqdır. Nicatın yazdığı şeirlərdən hiss olunur ki, o ürəyinin səsinə qulaq asır, qələmə alacağı bədii həqiqəti özünə sübut etməmiş, təfərrüatına qədər gözləri qarşısında canlandırmamış onu yazmır. İrili-xırdalı, zəifli,yaxşılı “Ruhuma can verən nəfəs” adlı kitabında yer alan bu şeirləri həyəcanla, əziyyətlə ,əzabla yazıb. Bəli bu əzab çox sevimli zövq alınası əzabdır.Nicatın poeziyasını dərindən bələd olmaq üçün və onu sevmək üçün onun bütün yaradıcılığı ilə tanış olmaq lazımdır. Elə şair, yazıçı varki, ilk əsərlərindən ta son yazılarına qədər həmişə öz sevimli yazılarına sadiq qalır, hər dəfə həmin mövzunu işləyəndə onun yeni qatlarını qaldırır, oxucunun gözləri qarşısında müəyyən bir dövrün hadisələri, eyni kəndin, obanın müxtəlif xarakterli insanları canlanır. Ədəbiyyat tarixindən buna aid onlarca misal gətirmək olar, Yaradıcılığının yetkinlik mərhələsinə qədəm qoyan şair Nicat Novruz oğludan söz düşəndə, istər-istəməz onun doğulub boya-başa çatdığı, uşaqlıq və gənclik illərinin keçirdiyi(Ağsu rayon Qırlar kəndi) Şirvan eli yada düşür: bu torpağın sazlı-sözlü mühiti, cəngavərlik ruhu, illərdən bəri qoruyub saxladığı müqəddəs adət-ənənələri onun yaradıcılığında necə də təbii və inandırıcı təsvir edilir. Buna misal olaraq “Kişilər ağlamaz sözün qanmadım”, “Elxas əmi”, “Sulut dağları”, “ Namizəd kişi”, “Unutmaz Vətən səni” və.s bu kimi şeirləri nümunə göstərmək olar. Yaradıcılıq yolu əzablı, çətin və məşəqqətli yoldur.Kim bu yolu keçibsə,onun əzabına da qatlaşır. Çünki bu əzabda gələcək bədii uğurların rəhni gizlənir. Maraqlıdır ki, Nicat Novruz oğlunun yaradıcılıq nümunələrində keçmiş-ötən günlər bu günlə müqayisədə meyar və örnək rolunu oynayır. Əlbəttə Nicat keçmişi qətiyyən idealizə eləmir, lakin atababalarımızın göz bəbəyi kimi qoruyub saxladığı,müqəddəs sandığı adətləri, xalqın mənəvi varlığını müəyyənləşdirən ənənələi (kişiliyi,qonaqpərvərliyi,namus,qeyrət kimi ən vacib keyfiyyətləri) bu gün üçün meyar sanır. Belə hesab edir ki, bu mürəkkəb və dramatik hadisələrlə başa çatan XX əsrdə çox şey unudula bilər, lakin xalqın mənəvi qüdrətini və xarakterini yaşadan amillər unudulmamalıdır. Nicat Novruz oğlu Lirik şeirlərində də səmimi və inandırıcıdır. O öz sevgi işığının pərvanəsidir. O təmiz və ülvi məhəbbətin gözəl tərənnümüdür. Onun məhəbbət lirikası saf duyğular, təmiz hisslər, düzlük, doğruçuluq, vəfa və sədaqət simvoludur. Şair Nicar Novruzoğlu psixoloji məqamlardan bədii lövhə yaradır, sözün gözəllik qatlarını açır, insan duyğularının sözdən sehrini yaradır: Bir möcüzə əsəridir Qadirin, Qələm necə edə bilsin təsvirin, Neçə-neçə xiridarın,şairin, Şeiridir,qəzəlidir bu gözəl, Azərbaycan gözəlidir bu gözəl! Və yaxud başqa bir şeirində: Ucaltdım sinəmdə,sevgi məbədi, Möhkəmdir təməli,yıxılmaz qəti. Verib simasına mələk surəti, Zəhərli ilan tək çalanlar bizi. Necə sevənlər var, biz tək yaralı Taleyi bəd gəlib,bəxti qaralı Aldanıb qürura,düşdük aralı, Xar olsun bu günə salanlar bizi! Məhəbbət lirikası Nicatın poeziyasında canlı,həmişəyaşardır. Onun lirik şeirlərində həqiqi sevən bir ürəyin çırpıntıları eşidilir. Kimisə vəfasızlıqda qınayır. Kimisə əsl məhəbbət mələkəsi kimi sözün qanadında göylərə qaldırır. Və arzu edir ki, gözəl ,aydın üzlü, şirin sözlü, çiçək baxışlı olsun. Tənqid, əslində yeni bir meyar yaxud qadağalar toplusu deyil. O sadəcə bəzi məsələlərdəki fikir aydınlıqlarını ifadə edir. Bəzən tənqid vasitəsi ilə kütləşmiş oxucunu da ayıltmaq olur. Bu cür dəyərli tənqid nümunələri azdır. Lakin yaşca daha böyük olan sənətkarın öz gənc xələfinə verdiyi məsləhətlərdə tənqidin yaxşı nümunələrinə daha çox rast gəlmək mümkündür. Belə olanda isə o tənqid həmin sənətkarın öz keçmiş təcrübələrinə və gözəyarı dəyərləndirmələrinə əsaslanır. Nicatın səmimi etirafları insanın daxili aləminin mükəmməl təsviridir, məhz buna görədə o oxucularının duyğularını təzələyir, birbaşa oxucuların ruhuna köçür. Həm də sözə fəlsəfi-estetik ideal fövündən baxır: “poeziya ruhları, mənəviyyatı saflığa, təmizliyə çağıran vasitədir. Ona görə də şeirin müqəddəs vəzifəsi-insanı kamilliyə, ucalığa çağırmaq misyası, görünür,heçvaxt köhnəlməyəcək. Gənc yaşlarından tanıdığım eloğlum Nicat Novruzoğlu ədəbiyyata,yaradıcılığa həvəsindən və məhəbbətindən alovlanaraq sənət meydanında öz sözünü deyir və deyəcək. Mən əminliklə deyə bilərəm ki, və ümid edirəm ki, dilinin sadəliyiylə müasir poeziyamızda yeni fikir, ideya və təşəbbüsə qarşı mənfi emosiyalardan uzaq olan Nicat Novruzoğlunun tutduğu yol haqq yoludur. Söz onun üçün canlı-ruhu, qanı olan bir varlıqdır. Sözsüz ki, bizi onun yaradıcılığında olan zəif nöqsanlarıda bu yazıda qeyd edə bilərdik. Amma adilliyi və aqilliyi ilə Nicatı özünə məftun edən ixtiyar pirlər kimi sözdən utanıb, həyalanmağını və dizibükülməz bir ərən kimi sözə olan məhəbbətini, vurğunluğunu nəzərə alıb ona səpdiyi bu toxum saf,ölməz sözdən cücərəcəyini arzulayaq. Ürəyimizin istəyinə, ruh dünyamıza çox-çox doğma olan, işıqlı şeirlər yazacağı əminliyiylə Nicata ədəbiyyatımıza yeni mükəmməl söz poetik yeniliklər gətirəcəyinə inanıram. Köksündən sel kimi axan, ruhumuzu oxşayan, sözlərini qələmi dil açıb kağıza deyən, hər gün azançı kimi sözün minbərinə çıxan,özünə güvənən, özünə arxalanan, səbrinə qısılan, zərifliyi bir bənövşə həyası olan, gözəl şeirlər müəllifi Nicat Novruzoğlundan sonra qalası olan söz ucalığı arzu edirəm.
Noyabr ayının ikinci on günlüyünün son ünü idi. Ağsu rayonunda. Ağsu Yazarlar Ədəbi Birliyinin təşəbbüsü ilə sənətkarların, mütəfəkkirlərin, ədiblərin, ədəbiyyat və şairlərin yolunu davam etdirən tanınmış şair-publisist, əməkdar mədəniyyət xadimi Qəşəm Nəcəfzadə ilə görüş keçirildiyi gün eloğlum Elxas Comərd mənə təzə nəşr olunmuş “Hara gedir bu dünya”? adlı şeirlər kitabını hədiyyə etdi.
Görüşdən evə qayıdanda payız günü olduğundan artıq hava qaralmışdı. Hava çox sakit idi. Sumqayıtda belə bir sakit, küləksiz axşamlar az olur. Heç payız gecəsinə oxşamırdı o gün. Göydə ulduzlar da elə bil üzünü təzəcə yummuşdular. Tərtəmiz idilər. Gözlərini qırpa-qırpa yerə baxırdılar. Mənə elə gəlirdi ki, ulduzlar üşüyür. Amma hava mülayim idi, bəlkə də ulduzlar uzaqlıqdan, bəlkədə səssizlikdən üşüyürdülər. Yer kürəsi elə sürətlə fırlanır ki, elə bil qaçacaqdı, zaman elə tez keçir adam macal tapmır ki, öz qocalığına inansın. Adamın daxilində bir adamdı, zahirində başqa biri.
Daxilimdə Elxas Comərdin “hara gedir bu dünya” kitabı haqqında yazacağım fikirləri birləşdirən ümumi cəhətləri dərk etməyə, müəllifin oxucuları tərəfindən şeirlərindən danışan hər kəs saflığı, dürüstlüyü , gələcəyə inamı və ümidləri, dosta və əzizlərinə sadiqliyi xüsusi vurğulamaq istəyirəm. Bu sadaladıqlarım həm Elxas Comərdin özünə, həm də yaradıcılığına aid etmək olar.
Kitabı oxuduqca düşünürəm, görəsən necə olur hamını məhz bu cəhətlər düşündürür. Yəqin ki, saflığın, dürüstlüyün, etibarın nadir keyfiyyət olmasına görə və qəribədir ki, zaman keçdikcə heç nə dəyişmir, Elxas Comərdin yaradıcılığa başladığı dövrdən yazdığı əsərlərindəki işıq, inam, ümüd lap son zamanlarda qələm aldığı şeirlərində də göz qamaşdırır. Doğma kəndi “Ləngəbiz” haqqında yazdığı şeirdə insana inam,etibar,yurdsevərliyi onun qəlbindən qopan səmimi poetik səsdir. Bu səs insanların ən yaxşıları üçün səciyyəvi olan nəciblik, xeyirxahlıq, doğma yurda bağlılıq duyğularına alqışlar deyir. Mənəvi dəyərlərə söykənən şair mənəvi həyatla yaşamağın mümkünlüyünə inanır və belə yaşamağa çalışır. Elə yazımın bu məqamında “Ləngəbizim” şeirindəki məqamlara nəzər yetirək.
Elxas Comərdin yaradıcılıq təxəyülü, dilin enerjisi, digər tərəfdən ustalığı bütövlükdə şüirdə yeni forma və məzmun əmələ gətirir. Demək olar ki, bu artıq mərhələdir. Elxas Comərd mənaları, obrazları incitmir, gözə soxmur, onu hiss və duyğunun yatımında elə verir ki, şerin necə yazdığını, gəldiyini bəzən hiss eləmirik, elə bilirik şeir öz içimizdən göyərdi. Elxas Comərdə dilinin havacatı, intonasiyası, ruhu, axıcılığı kəndin dağı, daşı,torpağı və təmiz havasıdır. Şeirə qafiyə verən, onu qanadlandıran, folklorla cilalayan həmin o təmiz havanın sirridir.
Elxas Comərd zəhmətkeş şairdir. O həmişə yaradıcılığını daim inkişaf etdirir.
Onu ağıla-kamala çatdırır, daha da elmləşdirir. Böyük Füzuli deyirdi ki, “elmsiz bir şeir özülsüz divar olur”.
Və yaxud:
Göründüyü kimi şair oxucuya düşünmək imkanı verir.Düşünmək imkanı veriləndə yeni mətnin təzahürləri meydana çıxır. Şair və şeirin həqiqəti burdan başlayır. Poeziyada qarışıq xətlər versiyası, deyək ki. Müəmmalar, şübhələr vacib önəm daşıyır. Oxucu istər-istəməz fikir burulğanına düşür. Şairin şeirdən-şeirə təfəkkür sıçrayışları oxucuya şeirə münasibətdə laqeyidlik və başqa bir itiqamətə yönəlməyə imkan vermir, onu daha da özünə çəkir.
Şairin yuxarıdakı bir bənd şeirində, daha doğrusu bir misrası ömrün, həyatın bir düsturudur. Bu misralardakı məqam indiyə qədər yazdıqlarına bir əlavəsidir və yaşın ömrün yarısına çatdığı qənaətdir. Həmişə şeirdə gəlinən və yazılan qənaət önəmlidir. Adətən belə yazmaq gənclərin üslubudur. Deməli Elxas Comərd 50-sində 60-da belə yazırsa deməli o həmişə gəncliyin içindədir. Elxas Comərdin şeirləri ilə yanaşı nəsri və publisistikası da çox maraqlıdır. Son illərdə qələmə aldığı publisistik məqalələrinə nəzər salanda belə başa düşmək olur ki, o ədəbi mühitdə baş verən yeniliklərə, mühüm hadisələrə biganə qala bilmir. Ümumiyyətlə Elxas Comərdin yaradıcılıq yolu çox şaxəlidir. Ona arzuladığımız bu ali keyfiyyətləri: saflığı, səmimiliyi,gözü toxluluğu, insani sevgini, mərdliyi, əxlaqlı həyat tərzini, həm də bir-birindən gözəl, içdən gələn özünə məxsus poeziya nümunələri!
Aldığı öyüd-ibrətdən naxışlanan mərdlik, vətənpərvərlik milli qeyrət, mənəvi dəyərlərimizin nümunəsi olan bu yaradıcılıq nümunələri də daha çox Elxasın öz xarakterik cizgilərindən qaynaqlanıb və ona dostlarını və oxucu sevgisini qazandırıb. Bu kiçik yazıda əlbəttə ki, şairin bütöv yaradıcılığını əhatə etmək mümkünsüzdür. əminəm ki, Elxas Comərdin yaradıcılığı ilə
Yaxından tanış olanlar onun lirikası ilə xarakteri, sənəti və ömür yolu bir-birini üzvüsurətdə tamamlamağını və çağdaş Azərbaycan ədəbuyyatında varlığı bütünlüklə şeirdən yoğrulmuş şairlərin sırasındadır. Doğurdanda hörmətli şairimiz vaxtın səslənişini lap yaxından hiss edir. Sərtlikdə-zəiflik-fikir yarğanı yaradan və bu yarğanda nə qədər arzulara məlhəm sözü ilə can verən, haqqın dərgahına yol uzaq olsada, hamının doğması kimi əlindən tutan haqqa tapındıran Allah adamına çoxlu-çoxlu yaradıcılıq uğurları arzulayıram...
Sevgi və sayğılarla: Mədaxil Cavadlı Şair-publisist

Sözdən özgə bir nəsnəsi olmayan şair.

Nələr etdim, nələr qurdum,
Hər işində öndə durdum.
Candan əziz ata yurdum,
Qalıbdımı səndə izim
Ləngəbizim, Ləngəbizim!
“Qaynama”dan buz su içək,
“Bərk qoşun”dan bir də keçək.
“Həsən çöl”dən gəl ot biçək.
Zümzüməylə çəkək nəzm,
Ləngəbizim, Ləngəbizim!
Xatirələr düzüm-düzüm,
“Narınca”dı hər ilk sözüm.
“Ağdaş” pirə qalxım özüm,
Səcdə qılıb, edim təzim,
Ləngəbizim, Ləngəbizim!
“Quru dərə”,”Qoşa dərə”,
“At yalı”nda bircə kərə,
Desəm, yazsam neçə yerə,
Son mənzildi o, kənd bizim,

Mənliyi, şərəfi uca saxladım
Bildim ki, insanlıq ismətidir bu.
Bildim ki, insanlıq ismətidir bu.
Və yaxud:
Bu gün irəliyə baxdığım kimi,
Dönüb mən geriyə baxa bilirəm.
Dönüb mən geriyə baxa bilirəm.
Göründüyü kimi şair oxucuya düşünmək imkanı verir.Düşünmək imkanı veriləndə yeni mətnin təzahürləri meydana çıxır. Şair və şeirin həqiqəti burdan başlayır. Poeziyada qarışıq xətlər versiyası, deyək ki. Müəmmalar, şübhələr vacib önəm daşıyır. Oxucu istər-istəməz fikir burulğanına düşür. Şairin şeirdən-şeirə təfəkkür sıçrayışları oxucuya şeirə münasibətdə laqeyidlik və başqa bir itiqamətə yönəlməyə imkan vermir, onu daha da özünə çəkir.
Ömür yaı oldu, gün geçə-geçə
Taleyim ağladıb, güldürdü məni
Elə yalan oldu, söylədim gerçək
Sonradan min dəfə öldürdü məni.
Taleyim ağladıb, güldürdü məni
Elə yalan oldu, söylədim gerçək
Sonradan min dəfə öldürdü məni.
Şairin yuxarıdakı bir bənd şeirində, daha doğrusu bir misrası ömrün, həyatın bir düsturudur. Bu misralardakı məqam indiyə qədər yazdıqlarına bir əlavəsidir və yaşın ömrün yarısına çatdığı qənaətdir. Həmişə şeirdə gəlinən və yazılan qənaət önəmlidir. Adətən belə yazmaq gənclərin üslubudur. Deməli Elxas Comərd 50-sində 60-da belə yazırsa deməli o həmişə gəncliyin içindədir. Elxas Comərdin şeirləri ilə yanaşı nəsri və publisistikası da çox maraqlıdır. Son illərdə qələmə aldığı publisistik məqalələrinə nəzər salanda belə başa düşmək olur ki, o ədəbi mühitdə baş verən yeniliklərə, mühüm hadisələrə biganə qala bilmir. Ümumiyyətlə Elxas Comərdin yaradıcılıq yolu çox şaxəlidir. Ona arzuladığımız bu ali keyfiyyətləri: saflığı, səmimiliyi,gözü toxluluğu, insani sevgini, mərdliyi, əxlaqlı həyat tərzini, həm də bir-birindən gözəl, içdən gələn özünə məxsus poeziya nümunələri!
Aldığı öyüd-ibrətdən naxışlanan mərdlik, vətənpərvərlik milli qeyrət, mənəvi dəyərlərimizin nümunəsi olan bu yaradıcılıq nümunələri də daha çox Elxasın öz xarakterik cizgilərindən qaynaqlanıb və ona dostlarını və oxucu sevgisini qazandırıb. Bu kiçik yazıda əlbəttə ki, şairin bütöv yaradıcılığını əhatə etmək mümkünsüzdür. əminəm ki, Elxas Comərdin yaradıcılığı ilə
Yaxından tanış olanlar onun lirikası ilə xarakteri, sənəti və ömür yolu bir-birini üzvüsurətdə tamamlamağını və çağdaş Azərbaycan ədəbuyyatında varlığı bütünlüklə şeirdən yoğrulmuş şairlərin sırasındadır. Doğurdanda hörmətli şairimiz vaxtın səslənişini lap yaxından hiss edir. Sərtlikdə-zəiflik-fikir yarğanı yaradan və bu yarğanda nə qədər arzulara məlhəm sözü ilə can verən, haqqın dərgahına yol uzaq olsada, hamının doğması kimi əlindən tutan haqqa tapındıran Allah adamına çoxlu-çoxlu yaradıcılıq uğurları arzulayıram...
Sevgi və sayğılarla: Mədaxil Cavadlı Şair-publisist
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay