Türkiyəli siyasi ekspert: Azərbaycan meydanlarda olduğu kimi, masa arxasında da Zəfər qazanır
Azərbaycan ilə Ermənistan arasında etimadın artırılması istiqamətində atılan addımlar, Ermənistanın 2 Azərbaycan hərbçisini, Azərbaycanın isə 32 erməniəsilli şəxsi sərbəst buraxmaları ilə bağlı əldə olunan razılıq iki ölkənin sülh müqaviləsi istiqamətinə doğru getdiyini göstərir. Türkiyə Azərbaycanın yürütdüyü bu siyasəti hər platformada dəstəkləyir. Azərbaycan ilə Ermənistanın atdığı bu növbəti addım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Cənubi Qafqazda sabitlik üçün, ilk növbədə, Qafqaz altılığı olaraq irəli sürdüyü, daha sonra Qafqaz dördlüyü olaraq yenilədiyi təhlükəsiz bölgənin yaradılması baxımından da mühümdür.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə mediasının təmsilçisi, siyasi ekspert Güngör Yavuz Aslan deyib.

Bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyanın sərhədlərin tanınmasına dair çıxışını xatırladan ekspert deyib: “Bunun sənəd halına gətirilməsi zəruridir. Vətən müharibəsində əldə olunan Zəfər və bunun ardından Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbiri ilə erməni tərəfi də Azərbaycanın üstünlüyü qəbul edib. Bu, təbii ki, danışıqlar masasında da özünü göstərməlidir. İrəvandaki vəziyyətə baxdığımızda, orada istər ictimaiyyətdə, istərsə də siyasi çevrələrdə sülh üçün böyük bir istəyin olduğunu görürük”.

Hazırda Nikol Paşinyanın ölkəsini iqtisadi baxımdan dirçəltmək və xaricə bağlılığını azaltmaq istədiyinin müşahidə olunduğunu deyən Güngör Yavuz Aslan bildirib ki, bunun üçün Ermənistanın Türkiyə və Azərbaycan ilə iqtisadi, ticarət və siyasi problemlərini həll etməsi əsas şərtdir: “İmzalar atılmadan konkret şərh vermək çox çətindir. Çünki burada Ermənistanın indiyədək apardığı dəyişkən diplomatiyasını unutmaq olmaz. Lakin, onu deyə bilərəm ki, Azərbaycan Qarabağın işğaldan azad edilməsi istiqamətində meydanlarda əldə etdiyi Zəfəri və qəti iradəsini masa arxasında davam etdirir. Azərbaycan türklərinin meydanlarda olduğu kimi, danışıqlar masasında da Zəfər qazandığını görürük”.

Son xəbərlər

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

VƏTƏNƏ BAĞLI ÖMÜR

Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Nurəddin Əhmədovun əziz xatirəsinə

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031