“YAŞAT” Fondunun yaradılmasından 3 il ötür
Bu gün “YAŞAT” Fondunun yaradılmasından üç il keçir. “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Fondun yaradılmasının 3 ili münasibətilə dekabrın 8-də mətbuat konfransı təşkil olunub. Fondun 3 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib.

Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub.

Qeyd olunub ki, bu günədək Fondun büdcəsindən 79 milyon 484 min 43 manat 94 qəpik vəsait xərclənib.

Fondun əməkdaşları 3 min 4 şəhidin ailə üzvləri, habelə 6 min 568 yaralı olmaqla ümumilikdə 17 min 861 şəxslə görüşüb, onların ehtiyaclarını qeydə alıblar (yashat.gov.az saytında). 14 min 785 şəxsin 46 min 868 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 43 min 69-dur.

Fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 42 milyon 153 min 250 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üzrə 2 milyon 424 min 635 manat 3 qəpik, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə 7 milyon 11 min 408 manat 82 qəpik, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə 27 milyon 394 min 750 manat 9 qəpik xərclənib.

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 min 536 , itkin ailə üzvlərinin 7 və yaralıların 7 min 33 müraciəti olmaqla ümumilikdə 12 min 576 müraciət təmin edilib.

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 532 və yaralıların 171 müraciəti olmaqla ümumilikdə 703 müraciət təmin olunub. Fondun təşəbbüsü ilə təhsil haqqı üzrə təhsil müəssisələri tərəfindən 495 min 845 manat 99 qəpik vəsait qarşılanıb. Təhsil haqqı üzrə 588 müraciət Fond tərəfindən, 115 müraciət isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb (orta və ali təhsil müəssisələri və təlim-tədris mərkəzləri).

Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 16 min 406, itkin ailə üzvlərinin 6 və yaralıların 11 min 30 müraciəti olmaqla ümumilikdə 27 min 442 müraciət təmin edilib. Ümumilikdə 185 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 178-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 5 ağır yaralının müalicəsi Türkiyədə davam edir.

İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 min 300 müraciət təmin edilib. Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 min 392 manat 73 qəpik borc ləğv edilib.

E.Hüseynov, həmçinin Fond tərəfindən həyata keçirilən layihələr barədə də məlumat verib.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Son xəbərlər

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

VƏTƏNƏ BAĞLI ÖMÜR

Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Nurəddin Əhmədovun əziz xatirəsinə

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031