Əlvida KTMT: Nikol sərhədə hansı qüvvəni yerləşdirir?


Paşinyan xarici siyasəti manipulyasiya obyektinə çevirib. Onun təzahürlərindən biri də Ermənistanın KTMT tədbirlərində iştirakı məsələsidir.

Bu barədə “Hraparak” nəşrində dərc olunan məqalədə bildirilib.

Paşinyanın demokratiya vədi ilə hakimiyyətə gəlib, diktatura qurduğunu bildirən müəllif qeyd edib ki, Nikol KTMT-nin hərbi təlimlərində iştirakdan imtina edir, Ermənistanla bağlı qərarların qəbuluna mane olur:

“O, bu gün Minskdə baş nazir, xarici işlər və müdafiə nazirləri səviyyəsində keçirilən sammitdə iştirakdan imtina etdi. Eyni zamanda o, KTMT-dən çıxmaq niyyətində olmadığını açıqlayır. Bu nədir, ironiya deyil? Təbii ki, bu, Ermənistanı mövcud təhlükəsizlik sistemindən çıxarmağa yönəlib. Amma problem ondadır ki, o, KTMT-ni nə ilə əvəz edəcəyini bilmir”.

Məqalədə bildirilib ki, Ermənistan Rusiyadan imtina edərək, Qərb silahları alır:

“Rusiya-Ukrayna müharibəsi zamanı Rusiyanın zenit müdafiə sistemi özünü ən yaxşı şəkildə göstərdi. Nikol isə fransız silahı alır (MG-200 nəzərdə tutulur – red.). Bu, cəmi üç kompleksdir. Bu, əlbəttə ki, daha keyfiyyətli rus analoqundan daha bahalıdır. Məqsəd silah deyil, Qərbə qoşulmaqla bizi Rusiya təhlükəsizlik sistemindən tədricən “azad etmək”dir. Ancaq Qərbin təhlükəsizlik sistemi NATO-dur, burada isə bizi qətiyyən gözləmirlər. İnanmırsınızsa, Gürcüstan, Moldova və ya Ukrayna nümunələrinə nəzər salın”.

Analizdə bildirilib ki, Ermənistan rəhbərliyinin KTMT-nin Ermənistanı müdafiə etmədiyi ilə bağlı sözləri manipulyasiyadır:

“Moskva Rusiya Baş Qərargahının xəritələri əsasında demarkasiyanı, bundan sonra KTMT missiyasını yerləşdirməyi təklif etdi. Lakin bunun ardınca Nikolun növbəti manipulyasiyası baş verdi. Nikol və komandası “KTMT sərhədimizi tanımırsa, missiyası harda dayanacaq” tipində təbliğata başladılar. Halbuki KTMT missiyası sərhədlərin yerini bilmirsə, Müdafiə Nazirliyinin rəsmiləri onları müşayiət edə bilərdilər - necə ki, avropalı müşahidəçilərlə bunu etdilər. KTMT missiyasının ardınca isə Avropanın nəzərdə tutmadığı daha ciddi müdafiə dəstəyi gələcəkdi. Çünki silahsız avropalı müşahidəçiləri silahlılarla əvəz etsələr belə (AB missiyasının 1000 nəfərə qədər artırılacağı və onların silahla təmin ediləcəyi iddiaları var – red.), onlar çətin ki, Ermənistana görə azərbaycanlılara qarşı vuruşsun”.

Son xəbərlər

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

İrana zərbələr bu səbəbdən dayandırılıb

Şərafət Şəfa : Eşqin üzü dönüb, di əlini üz.. - FOTO

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan güləşçilərinin ilk rəqibləri məlum olub

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

“Həkim dedi ki, sənə sistem vuracağıq, içində nə olduğunu bilmirdim”

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto

Emin ayrılmış valideynləri ilə bir arada - FOTOLAR

Araz Ağalarov gənc xanımı ilə "DreamFest”də

“Çılgın Bediş” 25 il sonra qayıdır

Elm, fantastika, şəxsi həyat...

İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır

Müxalifətin hakimiyyətə gəlməməsi üçün ölkədə prezident seçkilərini ləğv etdi

Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq

Bu nişanlı cütlüyü 189 ölkədə axtarırlar

Ağstafada qəza oldu - Ölən və yaralanan var

Elbrusda son beş gündə 7 nəfər öldü

Daha bir ölkənin nüvə silahı əldə etməsinə qarşıdırlar

Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031