Ağdamın işğaldan azad edilməsindən 3 il ötür
APA-nın məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb.

Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.

Bəyanatın 6-cı bəndinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan Ağdamın, eləcə də Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edib.

Prezident müraciətində Ağdam rayonunun işğaldan azad olunmasının noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirib.

Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıran dövlət başçısı rayonun 73 faizinin 27 il işğal altında qaldığını qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.

Prezident İlham Əliyevin bu il imzaladığı sərəncama əsasən, 20 noyabr - Ağdam şəhəri günüdür.

Qeyd edək ki, Ağdamın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Ağdamın azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Ermənistan işğal müddətində Ağdam şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.

2001-ci ildə işğal altında olan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal dağıdılmış məscidin minarəsindən ziyarət edərkən dağıntıların miqyasına görə, Ağdamı 1945-ci ildə ABŞ-ın atom bombası atması nəticəsində dağılmış Yaponiyanın Xirosima şəhərinə bənzədib. Bundan sonra Ağdam “Qafqazın Xirosiması” adlandırılıb.

Son xəbərlər

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930