Xəbərlər
21.10.2023, 00:47
Əs-Sisi Sunakı müharibənin regiona yayılmasının qarşısını almaq üçün səyləri əlaqələndirməyə çağırıb
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşündə Qəzza bölgəsindəki müharibənin bütün regiona yayılmasının qarşısını almaq üçün hərəkətlərin əlaqələndirilməsinin vacibliyini bildirib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Əl-Qahira əl-İhbariyyə” telekanalı məlumt yayıb. Telekanal Misir liderinin sözlərindən sitat gətirib: “Müharibənin regional səviyyəyə keçməsinin qarşısını almaq üçün koordinasiya və əməkdaşlıq lazımdır”.
"Biz hamımız regionda nəzarətdən çıxa biləcək hadisələrin qarşısını almaq üçün tədbirlər görməliyik", - deyə Misir lideri bildirib.
Böyük Britaniyanın Baş naziri öz növbəsində Misir Prezidentinin Fələstin probleminin həlli və Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində səylərini yüksək qiymətləndirib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay