Türkiyə və Misir liderləri arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışığı olub.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, telefon danışığında İsrail ilə Fələstin arasındakı gərginliyə son qoymaq üçün atıla biləcək addımlar müzakirə edilib.