İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin silsilə irimiqyaslı hərbi təxribatlarını və terror aktlarını, erməni kəşfiyyat-diversiya qruplarının Qarabağda yerləşdirdiyi minaların partladılması nəticəsində mülki şəxslərin həlak olmasını pisləyir.

Baş Katiblik həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər İƏT Baş Katibliyinin sentyabrın 20-da yaydığı bəyanatda ifadə olunub.

Bəyanatda deyilir: “Baş Katiblik Ermənistan Respublikasını Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanata, habelə Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalara uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və Ermənistan silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmağa çağırır.

2023-cü il martın 16-17-də Mavritaniya İslam Respublikasının Nuakşot şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında qəbul edilmiş qətnaməni xatırladan Baş Katiblik, Azərbaycan və Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında normallaşmasına çağırır.

Baş Katiblik hesab edir ki, Azərbaycan və Ermənistan arasında hərtərəfli danışıqlar prosesinin davam etdirilməsinin təmin olunması regionda sülh, təhlükəsizlik, firavanlıq və davamlı sabitliyin bərqərar olmasının yeganə yoludur”.

Son xəbərlər

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bu ilin 8 ayında əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib

Onlar da Türkiyəni tərk edir

Ancelina Coli tarixi malikanəsini satdı

Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb

Bəzi uşaqlar niyə riyaziyyat dərsində uğursuz olur? Elmin cavabı

Türkiyədə yanlışlıq: Pasiyentin sağ qulağı əvəzinə sol qulağı əməliyyat edildi

SAFER-AZ layihəsi başlanılıb - FOTOLAR

Azərbaycan nefti ucuzlaşıb

Günün qoroskopu: ​Heç kəsə görə özünüzü dəyişməyin

Qızıl medalçılarımız Vətənə qayıtdı

Bakıda məmur arvadını döydü - Şok səbəb

“Tezliklə benzin qiymətləri düşəcək”

17 il əvvəl öldürülmüşdü - 36 nəfər həbs edildi

3 milyon borca görə təyyarə saxlanıldı - Sərnişinlər düşürüldü

Atlaz Rzayi : Sən hələ bilmirsən - FOTO

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR

Türkiyə yığması uduzdu

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb

Yeni təyin olunan icra başçısı onun müavini imiş

Yeni icra başçısı Harvard məzunudur

ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoydu

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930