Məmurun ölkədən çıxışına "stop" qoyuldu: 85 min borc 286 minə qalxdı
Səbail Rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin rəisi Elçin Həsənovun ölkədən çıxışı məhdudlaşdırılıb.

Turaztv.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva 10 avqust 2023-cü il tarxidə qətnamə çıxarıb.

İşin detallarına gəlincə, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 85 125,53 manat vergi borcu olub. Qurum borcu ödəmədiyinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edib. Hakim ərizəni təmin edərək borcun tam ödənilədək Elçin Həsənovun ölkədən çıxışının məhdudlaşdırılması barədə qətnamə çıxarıb.

Araşdırmalarımız zamanı məlum olub ki, hazırda Birliyin 286 030,17 manat vergi borcu var.

Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 9 fevral 1996-cı il tarixli, 200 saylı sərəncamı və Səbail Rayon İcra Hakimiyyəti başçısının 17 fevral 1996-cı il tarixli, 316 saylı sərəncamına əsasən yaradılıb.

Birlik tabeliyində 8 Mənzil-Kommunal İstismar Sahəsi, Nəqliyyat Sahəsi və Qəza xidməti sahəsinin rəhbərlik orqanı kimi, hüquqi şəxs hüquqlarından istifadə edir, müstəqil balansa, bank hesablarına və digər hesablara malik olub, qismən büdcədən maliyyələşdirilməklə, təsərrüfat hesabı əsasında fəaliyyət göstərir, öz işində Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Səbail Rayon İcra Hakimiyyətinə tabedir.

Son xəbərlər

"QOŞMA"DA QAZİ GÖRÜŞÜ - FOTOLAR

NƏ YAXŞI Kİ... - FOTO

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Meloni İlham Əliyevə təşəkkür etdi

Murad Adıgözəlzadə baba oldu - FOTO

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Adilə Aslanova : QALİB QƏHRƏMAN - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

Ronaldo mühüm matçda oynamayacaq

Qaradağda Şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

İnsan beyni haqqında çoxlarının inandığı əsas miflər

Şakiranın 20 il sonrakı səfəri bu ölkədə bahalaşmaya səbəb oldu

"Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq" - Ərdoğan

MƏN ARZUMA ÇATDIM... - FOTO

"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvandır - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930