Paris ətrafında yaşayan gənclər polis tərəfindən hədələndiklərini söyləyirlər
“Avtomobilin pəncərəsinə yaxınlaşan polis Nahelə kobud şəkildə “mühərriki söndür” dedi və onu səbəbsiz vurdu. İkinci polis də pəncərədən ona zərbə ilə vurdu”, - deyə polisin odlu silahdan atəş açdığı zaman 17 yaşlı Nahelin yanında olan dostu həqiqəti danışıb. Bildirib ki, polis “Başına bir güllə vuracağam!” deyəndə çaşıb və güllə sözündən təşvişə düşmüş Nahel qorxub. Çaşmış yeniyetmə ayağını əyləc pedalından çəkib və avtomat olan avtomobil yerindən tərpənib. Məhz bu zaman “Vur!” deyə birinci polis həmkarına əmr edib və Nahelin həyatına son qoyan atəş açılıb. Əslində, Nahel polisə qarşı çıxmayıb”.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim müayinəsindən keçəndən sonra hadisənin ciddi psixoloji travma almış 17 yaşlı şahidi əsl həqiqəti deyib və bu həqiqət ölkədə qəzəb dalğasına təkan verib. Əvvəlcə polis hadisəni təhrif edərək, öz xeyrinə təqdim etsə də, sosial şəbəkələrdə yayılmış videolar və şahidin söylədikləri polisin səhv məlumat verdiyini əyani şəkildə ortaya qoydu. Bununla da, Fransada insanların gündəlik həyatlarında üzləşdikləri və onları alçaldan zorakılığı üzə çıxardı.

“Basta!” müstəqil medianın apardığı araşdırmalara görə, Fransada polisin atəş açması ilə ildə 30-dan çox ölüm qeydə alınır. Polis tərəfindən öldürülən şəxslərin hətta 2015-2016-cı illərdə belə heç birinin terror kontekstində öldürülmədiyi qeyd edilir. 2022-ci il aprelin 2-də polisin öldürdüyü Davd Sabotun valideynləri bildiriblər ki, onların oğlu əlləri yanında sakit addımladığı halda jandarm ona 9 atəş açıb. Sonra jandarmlar oğlanı suçlayaraq deyiblər ki, guya o, onlara hücum edib.

Əslində, 2005-ci ildə Zeyd və Bunanın ölümü kimi hadisələrdən sonra vəziyyət daha da gərginləşib. Gənclərlə polis arasında xoşagəlməz münasibətlər mövcuddur. Son illər ərzində polisə inamsızlıq daha çox artıb. Hətta bir neçə gün öncə Nahelin ölümündən sonra baş vermiş qəzəb aksiyasının ilk günlərində saxlanılmış və iyulun 1-də sərbəst buraxılan gənclər müvəqqəti saxlama zamanı polis tərəfindən alçaldıqlarını, təhqir edildiklərini bildiriblər. “Polis hakimiyyət və güc oyunu oynayır”, - deyən sakinlər gündə bir neçə dəfə polis tərəfindən onların şəxsiyyətinin yoxlanıldığını və belə həyatın dözülməz olduğunu bildirirlər.

Nahelin ölümündən sonra baş verən zorakılıqla bağlı Paris ətrafında məhəllələrin sakinləri Fransada getdikcə artan üsyanlar haqqında fikirlərini bölüşüblər. Giyankur kommunasının bir qrup sakini polisin təkrar yoxlamaları qarşısında yorulduqlarını, polis tərəfindən alçaldıqlarını, təhqir edildiklərini, bundan qəzəblənsələr də heç nə edə bilmədiklərini söyləyiblər. Giyankurda onlardan əvvəlki nəslin də polis zorakılığına məruz qaldığını və bu illər ərzində heç nəyin dəyişmədiyini vurğulayıblar. Bildiriblər ki, mikrofona danışmağın heç bir əhəmiyyəti yoxdur. Yalnız indiki oxşar hadisələrlə, üsyanla səslərini eşitdirə bilərlər.

Bu kommunada yaşayan gənclərdən biri polisin onu ələ saldığını, alçaltdığını, hədəf aldığını deyib. Polisin hər gün kobud səhvlər etdiyini deyərək, belə kobud davranışların hamısını lentə almağın mümkün olmamasına təəssüflənib. Polis onları hədələməkdən çəkinmir. Bəzən gənclərin sakit davranışı qarşısında polisin “əgər belə hiyləgərcəsinə davam etsən, raport yazaraq, yerə tüpürdüyünü deyəcəyəm” hədəsi ilə üzləşdiklərini qeyd edirlər. Çünki yerə tüpürməyə görə cərimə ödəməlidirlər. Polisin rəngli dərini sevmədiyini, ağ dərili ilə qara dəriliyə eyni səviyyədə münasibət göstərmədiyini, rəngli insanlar üzərində həddən çox nəzarət olduğunu xüsusi vurğulayırlar.

“Başa düşürəm ki, polis “sarı jiletlilər”dən, nümayişlərdən sonra yorulub... Onların vəsaitləri də yoxdur”,-deyə adının açıqlanmasını istəməyən gənc polisin bu dəfə əzmkar gənclərlə üzləşdiyini və bu etiraz dalğasının tezliklə bitməyəcəyini hesab edib.

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031