XİN: Azərbaycanın sülh quruculuğuna qarşı təxribatlara görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, iyunun 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısının alınması məqsədilə ordumuzun bölmələri tərəfindən müvafiq cavab tədbirləri görülüb.

Ermənistan tərəfinin bu növbəti hərbi təxribatını qətiyyətlə pisləyir və Ermənistan tərəfindən son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi və bölgədə gərginliyi artıran bu kimi addımlara son qoymağı tələb edirik.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, bununla yanaşı, guya Azərbaycanın Ermənistanda tikilməkdə olan metallurgiya zavodunu məqsədyönlü şəkildə hədəf alması barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edirik.

Azərbaycanın təxribat törətməklə Ermənistanda sərmayələrin cəlb edilməsinə mane olmaq məqsədi daşıdığı barədə iddiaya gəldikdə qeyd edək ki, Ermənistan qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə və Azərbaycanın ərazilərini 30 ilə yaxın işğal altında saxlamaqla özünütəcrid siyasəti yürüdüb, bununla da bütün beynəlxalq layihələrdən kənar qalıb. Öhdəliklərinə zidd olaraq bölgədə iqtisadi inkişafa təkan verəcək kommunikasiya xəttlərinin açılmasına hər vəchlə mane olan tərəfin də Ermənistan olduğu hər kəsə məlumdur. Bununla əlaqədar, Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.

Bölgədə Azərbaycanın apardığı sülh quruculuğu tədbirlərinə və yenidənqurma işlərinə qarşı təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Son xəbərlər

Diploma gedən yol qısalır: Azərbaycanda ali təhsilin müddəti 3 il olacaq?

Ağdabanın saz-söz ocağından dövlətçilik yoluna: Cavid Qurbanovun doğum gününə - FOTO

23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930