Azərbaycan xalqının qurtuluşu
Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi.Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərlə müşayiət olunmağa başladı. Bunların bir qismi Ermənistanın ölkəmizə ərazi iddiaları irəli sürməsi və bu məqsədlə hərbi təcavüz nəticəsində Azərbaycan Respublikası ərazilərini işğal etməsi ilə bağlı idi. Mövcud hakimiyyət nəinki erməni təcavüzünün qarşısını almaqda acizlik göstərir, habelə zəruri xalq müqavimətini təşkil etməkdə, təcavüzkara qarşı təsirli beynəlxalq təpkinin təşkilində inanılmaz səriştəsizlik və bacarıqsızlıq nümayiş etdirirdi.
Dövlət müstəqilliyin ilk illərinin doğurduğu digər ciddi problem ölkədə yaşanan siyasi böhranla əlaqədar idi. Tez-tez baş verən hakimiyyət dəyişikliyi böhranı daha da gücləndirir, xalqla hakimiyyət arasında uçurumu dərinləşdirirdi. Böhrandan çıxmaq üçün hakimiyyət tərəfindən ya təsirli tədbirlər görülmür, ya da görülənlər lazımi nəticə vermirdi. Hakimiyyətə etimadın artırılması baxımından vacib olan milli maraqların qorunması lazımi səviyyədə deyildi və hətta iqtidara gəlmək üçün hakimiyyət dəyişiklikləri bir sıra hallarda milli maraqlara xəyanət sayəsində mümkün olurdu. İfrat həddə çatmış siyasi böhran təbii olaraq açıq surətdə ifadə olunan hakimiyyətdaxili qarşıdurmalar, siyasi xaos və anarxiyanın tüğyanı ilə müşayiət edilirdi. Bunun fonunda ölkədə separatizm meylləri güclənir, Azərbaycan Respublikasını parçalamağa yönəlmiş hərəkatlar geniş vüsət alırdı.Məhz belə bir dövrdə Ulu Öndər öz xilaskarlıq missiyasına başlamalı oldu. Ümummilli lider Azərbaycan ailəsinin sabitliyini təmin etməklə onun milli mənlik şüuru və milli iftixar hisslərini özünə qaytara bildi. O dövrün çətin psixoloji böhranlı, ümidsiz anlarında dünya ictimaiyyəti üçün müstəqilliyi bir çox hallarda hələ dərindən dərk edilə bilməyən ağır mərhələləri Azərbaycan xalqı öz dahi lideri ilə inamla addımlaya bildi. Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev siyasi partiyalar arasinda münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq edirdi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması sosial sifariş, tarixi zərurət idi. Bu Qaydış Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. 15 iyun, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin bu illər ərzində həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən bir ölkə kimi tanınmasını şərtləndirdi. Ulu öndərin təməlini qoyduğu düzgün siyasi xəttin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü ilə 30 il işğal altında qalan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü təmin etdi.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031