“Azercell”in dəstəyi ilə keçirilən “Her Improvement" layihəsi gənc qadınları texnoloji startap yaratmağa həvəsləndirdi
Uzunmüddətli layihənin finalında iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim etdilər

Turaztv.az xəbər verir “Azercell Telekom” MMC-nin “FemTech” platforması ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "Her Improvement" layihəsinin bağlanış mərasimi baş tutdu. Tədbir zamanı proqram iştirakçıları layihə müddətində aldıqları bilik və bacarıqlar sayəsində ərsəyə gətirdikləri biznes modellərini nümayiş etdirdilər. 5 komanda öz texnoloji startapını 5 müxtəlif mövzu ətrafında qurmuşdu:

- “She leads” komandası - qadın sağlamlığına və hamiləliyə nəzarət etmək və düzgün məlumat almaq üçün nəzərdə tutulan sağlamlıq tətbiqi;

- “Profcat” komandası - təhsil yönümlü və gənclərə fərdi hazırlıq imkanı təklif edən sosial şəbəkə;

- “Parkedin” komandası - Bakı şəhəri üzrə avtopark və tıxac məsələlərinin həllinə kömək edən mobil tətbiq;

- “Forcedefem” komandası - insanların suallara asanlıqla cavab tapa biləcəyi, kommunikasiya yönümlü “Sual-Cavab” platforması;

- “My Tailor” komandası - onlayn dərzi platforması.

Startapların qarşısına qoyulan əsas şərt ideyaların texnoloji həllər vasitəsilə həyatın seçilmiş sahələrinə inteqrasiya etməsi idi və komandalar bu tapşırığın öhdəsindən uğurla gələrək, artıq implementasiyaya hazır startaplar təqdim etdilər.

İdeyaları dəyərləndirən münsiflər heyəti hər komandaya öz tövsiyələrini verib, bu yolda gənc qadınlara müvəffəqiyyət arzuladı. Münsif qismində “Azercell Telekom” MMC-nin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya, İnnovasiyaların tətbiqi üzrə müstəqil ekspert Leyla Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universiteti İnkubasiya mərkəzinin rəhbəri Mübariz Şahbazlı və Azərbaycan Dövlət İnnovasiyalar agentliyinin layihə meneceri Camal Ağayev iştirak etdilər.

Qeyd edək ki, “Azercell”in dəstəyi ilə yarım ildən çox davam edən proqram qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılmasına və startap ideyalarının inkişafına yönəlmişdi. Yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan qadınlardan ibarət 25 iştirakçı 7 ay müddətində biznes, startap, innovasiya sahələrində peşəkar təlimçilər, mentorlar tərəfindən dəstək alıb. Proqram çərçivəsində biznes və innovasiya sahələrindəki trend mövzular, “Blockchain” texnologiyaları və NFT, təqdimat bacarıqları və “pitch-deck” hazırlanması, eyni zamanda MVP, məhsul-bazar uyğunluğu və məhsulun inkişaf etdirilməsi üzrə təlimlər keçirilib.

Layihənin sonunda bütün iştirakçılara sertifikat, qalib seçilən “She leads” komandasına isə pul mükafatı da təqdim olundu.

Son xəbərlər

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930