“Azercell”in dəstəyi ilə Bakıda 5-ci “SHE Congress”i keçirilib - FOTOLAR
Azərbaycanın işgüzar qadınları mayın 15-də “JW Mariott Abşeron Bakı” otelində bir araya gəliblər. Belə ki, Azərbaycanda 5-ci dəfə keçirilən “SHE Congress”i 500-dən çox işgüzar qadını öz ətrafında toplayıb.

Turaztv.az xəbər verir Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin əsas tərəfdaşlığı ilə baş tutan bu tədbir bir-birindən maraqlı çıxışlar, panel müzakirələri, dinamik sessiyalar və seminarlarla yadda qalıb.

“ÖZ HƏYATINA SAHİB OL” ("OWN YOUR LIFE") şüarı altında keçirilən konfransda qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş xüsusi proqram təqdim edilib, iştirakçılara ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmaq üçün unikal imkan yaradılıb.

Tədbirin əsas tərəfdaşı “Azercell” şirkəti Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova və Hüquq, etika və komplayens departamentinin direktoru Şirin Əliyeva ilə təmsil olunub.

Tədbir çərçivəsində uğur hekayəsini bölüşən Şirin Əliyeva iştirakçıları öz nümunəsi ilə ruhlandırmağa müvəffəq olub. 19 illik karyerası boyu Şirin xanım qadınların inkişafı üçün dövlətin yaratdığı münbit şəraiti və dəstəyi daima hiss etdiyini bildirib. O, bu gün Azərbaycanda qadınların ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirakı üçün bir çox imkanlar təqdim edildiyini vurğulayıb.

“Azercell”in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın da çıxışı tədbir iştirakçılarının diqqətini xüsusi cəlb edib. Əvvəlcə “Azercell”in sosial məsuliyyətli korporativ vətəndaş olaraq bu istiqamətdə həyata keçirdiyi çoxsaylı proqramlar haqqında məlumat verən Sona xanım, daha sonra səhnəyə “Azercell”in təşəbbüsü və dəstəyi ilə yaradılan “Qadın Qaynar Xətti”nin rəhbəri Gülşən Axundovanı dəvət edib.

Panel müzakirəsi formatında davam edən sessiyada qaynar xəttin fəaliyyəti, xidmətə daxil olan zənglərin təsnifatı, qadınların cəmiyyətdə qarşılaşdığı çağırış və çətinliklər haqqında ətraflı məlumat təqdim edilib. Məruzəçilər dəstəyə ehtiyacı olan bütün qadınlara səslənərək onları 116111 qısa nömrəsi vasitəsilə fasiləsiz rejimdə xidmət göstərən mərkəz ilə əlaqə saxlamağa çağırıblar.

Qeyd edək ki, fəaliyyəti boyu Korporativ Sosial Məsuliyyət layihələrinə 22 milyon ABŞ dollarından artıq vəsait ayıran “Azercell” qadın hüquqlarının müdafiəsi, qadınların hərtərəfli inkişafı istiqamətlərini daim diqqət mərkəzində saxlayır, onları gücləndirən, eləcə də təhsilini, müxtəlif sahələr üzrə bilik və bacarıqlarını, karyera imkanlarını artıran çoxsaylı proqramlar həyata keçirir.
“Azercell”in dəstəyi ilə Bakıda 5-ci “SHE Congress”i keçirilib - FOTOLAR
“Azercell”in dəstəyi ilə Bakıda 5-ci “SHE Congress”i keçirilib - FOTOLAR
“Azercell”in dəstəyi ilə Bakıda 5-ci “SHE Congress”i keçirilib - FOTOLAR
“Azercell”in dəstəyi ilə Bakıda 5-ci “SHE Congress”i keçirilib - FOTOLAR

Son xəbərlər

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930