
Ekspert “Bakutel” təşkilatçılarını ifşa etdi: “Şirkətlərdən 30 min manat alınıb”

Xəbər verildiyi kimi “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi öz işinə başlayıb.
Bizimyol.info xəbər verir ki, yubiley sərgisində iştirak edən informasiya kommunikasiya texnologiyaları üzrə ekspert Osman Gündüz “Bakutel” sərgisinin zəif təşkil olunduğunu bildirib.
Yayılan rəsmi xəbərə görə sərgidə 23 ölkədən 238 şirkətin iştirakı edib. Ekspert rəsmi məlumatı təkzib edərək bildirib ki, sərgidə xarici şirkətlərə və hökumətlərə, informasiya texnologiyaları bazarının əsas oyunçularına rast gəlməyib: ““Bu sərgi ötən ildəkindən də zəifdir. Hər il iştirakçısı olduğumdan deyə bilərəm ki ilbəil “Bakutel” sürətlə zəifləyir. Yeniliklərin, innovasiyaların olmaması bir yana, ziyarətçilər də yoxdur. Maraq hiss olunmur.
Nəinki xarici şirkətlər və hökumətlər, heç yerli İT bazarın əsas oyunçularına rast gəlmədim. Qəribədir ki xeyli sayda İT şirkətlərimiz iştirakdan sadəcə imtina ediblər. Belə gördüm ki sərginin verə biləcəyi informasiyadan daha çox informasiya məndə varmış”.
Ekspert sərginin zəif təşkil olunmasının səbəbini açıqlayıb və təkliflərini verib: “Birinci, təşkilatçıların düzgün olmayan şiyasəti dəyişməlidir. İcarə xərcləri hədsiz yüksəkdir. Xarici bir şirkətin yerli nümayəndəsi deyir ki baş ofis biz göndərən qiymətləri görəndə hədsiz təəccüblənirlər. İcarədən əlavə iştirak pulu, stend quraşdırmaq, elektrik və internet xərcləri, yerləşmə yeri ilə bağlı da əlavə xərclər var. Balaca, 25 kvadratmetr yerə görə şirkət 3 günlük sərgi üçün təxminən 20 000 min manat ödəniş etməlidir. Bir az böyük şirkətlər ən azı 30 000 manat ödəməlidirlər .
İkinci, təşkilatçıların ziyarətçiləri cəlb etmə siyasəti də qüsurludur. Şirkətlər də bundan narazıdır ki, təşkilatçılar bu qədər vəsait qarşılığında ziyarətçi gətirə bilmirlər.
Üçüncüsü, normal internet bağlantısı yoxdur.
Dördüncü, dünyada telekommunikasiya və İT sahəsində aparıcı trendlər sərgidə müşahidə olunmurdu, onların cəlbi olunması, xarici oturuşmuş qurumların qatılması üçün görünür ki yetərincə işlər aparılmayıb. Onların cəlbi və onların iştirakı ilə müzakirələrin təşkilinə diqqət yönəltmək lazimdır
Beşinci, təşkilatçılar sərginin formatına, kimə ünvanlanmasına yenidən baxılmalıdır. Bilinməlidir ki bu sərgi xalq üçündür, hökumət üçündür, biznes üçündür, yoxsa İT ictimaiyyət üçündür. İndiki halda format mübahisəlidir.
Altıncı, dəfələrlə qeyd etmişik ki “Bakutel”i hər il keçirməyə lüzum yoxdur. Ən azı 2-3 ildən bir keçirilməsi daha faydalı olardı”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









