Azərbaycanda internetdə tez-tez problemlər yaranmasının səbəbləri nədir?
Son günlər sosial şəbəkələrdə ölkə ərazisində internetin olmaması və ya çox zəif olması ilə bağlı ictimai qınaqlar artıb. Insanlar bildirlər ki, əvvəllər də internet zəif və kəsintili olurdu, ancaq bu, son günlər daha da şiddətli hal alıb.

Məsələ ilə bağlı danışdığımız provayder şirkətlərin isə ümumi fikri ondan ibarətdir ki, problem provayderlərdə deyil, ölkədəki ümumi internet ötrücüsündədir. Bunu da onunla əsaslandırırlar ki, əgər problem provayderlə bağlı olsa, biri işləməz, amma eyni anda bir neçə provayder işləmirsə, demək problem konkret olaraq onlardan qaynaqlanmır.

Anews.az-ın sorğusunu cavablandıran Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə ölkədə internetin işində ümumi problemlərin olmasını yalan məlumat adlandırır.

Nazirlik hesab edir ki, kəsintilər fərdi qaydada texniki nasazlığın baş verməsindən irəli gəlir.

"Ölkədə internetin kəsintilərlə verilməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil.
Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün hesab olunmur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən paytaxt və bölgələrdə rəqəmsal infrastruktur inkişaf etdirilir, məhdudiyyətsiz internet şəbəkəsinin qurulması üzrə işlər aparılır.

Fərdi qaydada aidiyyəti üzrə internetdə və telefon xətlərində yaranan texniki nasazlıqlar nazirliyin müvafiq qurumları tərəfindən dərhal nəzarətə götürülərək aradan qaldırılır”, - deyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin cavabında qeyd olunub.

Ancaq məsələni şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, problemlər həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən qaynaqlanır, həm də elə provayder şirkətlərin özündən.

Onun sözlərinə görə, telefon ötrücüsü üzərindən alınan internetdə kəsintilər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən qaynaqlanır.

"Problemlər həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən qaynaqlanır, həm də elə provayder şirkətlərin özündən. Telefon ötrücüsü üzərindən alınan internetdə kəsintilər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən qaynaqlanır. Çünki telefon xəttləri bərbad vəziyyətdədir, ümumilikdə infrastruktur yaxşı deyil və bu da belə problemlər yaradır. Fiberoptik internetdə yaranan kəsintilər isə birbaşa provayder şirkətlərin özündən qaynaqlanır”, - deyə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Son xəbərlər

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

PÜSTƏ RƏVAN : D Ü N Y A - FOTO

Arayik Arutyunyan istefa verdi

NOVRUZ ASLANOV ZİYALILIĞI

75 illik ömrün işığı – Tamella xanım Əliyeva

İrana zərbələr nə qədər davam edəcək? - FOTO

Vüsalə Ağ şəhərdəki evi ilə bağlı həqiqəti açıqladı - FOTO

Gökçenin qızı olacaq

DƏRDİN ŞEİR DİLİ - FOTO

Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər

Maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi

Məşhur reper həbs olundu

Rəşad Dağlının oğlu yarışda birinci oldu

İlham Əliyev Berlində mühüm görüşdə - Fotolar

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

24 yaşlı gənc dənizdə batdı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Misraların ömrü - şairin taleyi

Nolanın “Odissey”indən - Rekord

Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031