ADA Universitetində keçirilən Yay düşərgəsinə qəbul davam edir
ADA Universiteti ənənəvi olaraq bu il də Yay düşərgəsinə qəbul elan edib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, iyun və iyul aylarında fərqli mövzular üzrə keçirilən Düşərgədə 9-15 yaş arası şagirdlər iştirak edirlər. Onlar təhsil almaqla yanaşı, yay tətillərini həm maarifləndirici, həm də əyləncəli keçirirlər. İştirakçılar öz bilik və bacarıqlarını inkişaf etdirir və ADA mühiti ilə daha yaxından tanış olurlar.

Düşərgənin əvvəlki illərində iştirak edən Fərəh İsrafilzadə proqramla bağlı öz fikirlərini bizimlə bölüşüb. O bildirib ki, ADA Universitetində təşkil edilən Yay düşərgəsi onun ADA-dakı təhsil həyatının başlanğıcı olub və o düşərgədə iştirak etdikdən sonra ADA-da təhsil almağı qarşısına məqsəd qoyub.

“Mənim ADA ilə ilk tanışlığım ADA Universitetinin Yay düşərgəsi ilə başlayıb. Düşərgədə iştirak mənə ADA Universitetinin yüksək səviyyəli təhsili ilə yanaşı, ideal akademik mühiti, peşəkar müəllimləri və mülayim işçi heyəti ilə də yaxından tanış olmaq imkanı verib. Proqramın sonunda təhsilimi artıq ADA-da davam etdirmək istədiyimdən əmin idim. Məhz bu səbəbdən də ADA Məktəbinə təhsil almaq üçün müraciət etdim və qeyd edim ki, Yay düşərgəsində qazandığım bilik və təcrübələr burada təhsil aldığım dövrdə çox işimə yaradı.

ADA Məktəbindən məzun oldum, lakin ADA-nı tərk etməyə hazır deyildim. Buna görə də hazırda ADA Universitetinin tələbəsiyəm. Yay düşərgəsi vasitəsilə ADA mühitini öncədən tanımağım ADA-da olan təhsil həyatımın hər bir yeni mərhələsinə qısa zaman ərzində öyrəşməyimə fayda verir.

Qeyd edim ki, bu Yay düşərgəsi təkcə bilik və bacarıqlarımın inkişafında deyil, şəxsi, təhsil və karyera həyatımda da istiqamətverici və əvəzolunmaz bir təcrübə oldu. Vaxtilə şagird kimi iştirak etdiyim Yay düşərgəsində hazırda könüllü olaraq fəaliyyət göstərirəm və proqramda iştirak edən şagirdlərlə öz təcrübəmi bölüşürəm”, - deyə Fərəh İsrafilzadə bildirib.

Xatırladaq ki, bu il səkkizincisi keçirilən Yay düşərgəsinə sənəd qəbulu 31 may tarixinədək davam edir. Düşərgədə iştirak etmək istəyənlər https://bit.ly/42LkBMH linki vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Ötənilki Yay düşərgəsinin yaddaqalan məqamlarını əks etdirən videonu bu yutub (https://youtu.be/RseLG_DS9Jc) kanalı vasitəsilə izləmək mümkündür.

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031