Vətənə sevgi, dövlətçiliyə sədaqət nümunəsi - FOTOLAR
“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 23-də YAP Xətai rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən tədbir keçirib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə qızılgül dəstələri düzüb, əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin çox sevdiyi “Azərbaycan” şeiri ifa edilib, dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə film nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirildiyini, Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə geniş təhlillər aparılaraq gənc nəsillərə çatdırıldığını bildirib. Vurğulanıb ki, Azərbaycanın bu gününü dünəni ilə müqayisə etdikdə Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin miqyası, müasir dövrümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyəti daha aydın görünür.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev vurğulayıb ki, dahi şəxsiyyət Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradıb. Məhz bu möhkəm təməl üzərində ucalan müasir Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir.

Ulu Öndər Heydər Əliyevin həqiqətən dahi insan olduğunu vurğulayan YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, Ümummilli Liderin yorulmaz fəaliyyəti sayəsində respublika çox qısa müddətdə postsovet məkanında iqtisadi baxımdan qabaqcıl mövqelərə çıxıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Səməd Seyidov Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasından, ölkəmizin dünyada söz sahibinə çevrilməsindən geniş bəhs edib. Bildirib ki, bu gün ən yüksək zirvələri fəth edən Azərbaycan tarixi Zəfəri ilə yaratdığı reallıqlar əsasında regionda və dünya siyasətində yeniliklərə imza atır.

Digər çıxış edənlər - Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov, Vətən Müharibəsi Qəhrəmanı, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan Anar Mirzəyev Ulu Öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycanın qazandığı uğurlardan bəhs ediblər. Vurğulanıb ki, məhz əsas prioritetlərin düzgün müəyyənləşdirilməsi Azərbaycanın bugünkü uğurlarının əsasıdır.

Çıxışlardan sonra Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş inşa-yazı və idmanın müxtəlif növləri üzrə müsabiqələrin qalibləri mükafatlandırılıb. Həmçinin YAP Xətai rayon təşkilatında səmərəli fəaliyyət göstərən bir qrup üzvə fəxri fərmanlar və təşəkkürnamələr, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii proqramla başa çatıb.
Vətənə sevgi, dövlətçiliyə sədaqət nümunəsi - FOTOLAR
Vətənə sevgi, dövlətçiliyə sədaqət nümunəsi - FOTOLAR
Vətənə sevgi, dövlətçiliyə sədaqət nümunəsi - FOTOLAR
Vətənə sevgi, dövlətçiliyə sədaqət nümunəsi - FOTOLAR
Vətənə sevgi, dövlətçiliyə sədaqət nümunəsi - FOTOLAR
Vətənə sevgi, dövlətçiliyə sədaqət nümunəsi - FOTOLAR

Son xəbərlər

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031